Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Qətərlə martın 9-da Dohada keçiriləcək yoxlama oyunu üçün millinin əsas heyətini açıqlayıb.
23 nəfərlik bu heyətdə 4 yeni futbolçu var: “Qarabağ”ın milliləşdirilən braziliyalısı Riçard Almeyda, onun komanda yoldaşı Şahruddin Məhəmmədəliyev, “Qəbələ”dən Tellur Mütəllimov və “İnter”dən Abbas Hüseynov.
Heyətdəki digər 19 futbolçu da bizə yaxşı tanışdı və bu mənada, onların milliyə dəvət edilməsində qeyri-adi nəsə axtarmağa gərək olmazdı. Əgər heyətə bu dəfə də o futbolçu – Prosineçkinin “balaca qardaşı” Arif Daşdəmirov dəvət edilməsəydi…
Statistikaya diqqət edək. Arif Daşdəmirov Topaz Premyer Liqada son dəfə meydana dörd ay əvvəl, daha dəqiqi, 2016-cı ilin noyabrın 19-da “Qarabağ” – “Kəpəz” oyununda çıxıb. Bu qarşılaşmadan 1 həftə əvvəl millinin dağıstanlı legioneri Belfatsda Şimali İrlandiya ilə matçın əsas heyətində yer alıb və etdiyi kobud səhvlərə görə komandamızın 0:4 hesablı məğlubiyyətinin əsas səbəbkarlarından olub. 24 noyabr, 2016-cı ildə Avropa Liqasının “Slovan” – “Qarabağ” görüşündə isə Daşdəmirov yenə biabırçı səhvlər edib və nəticədə Ağdam klubu 0:3 hesabı ilə uduzub.
Məhz bu uğursuz çıxışından sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Daşdəmirovu əsas heyədən kənarlaşdırıb və o, bir qayda olaraq ehtiyat oyunçular skamyasında oturub. O vaxtdan bəri Daşdəmirov rəsmi oyunda bir dəqiqə (!) olsa belə, meydana çıxmayıb… Buna baxmayaraq, Prosineçki milliyə və “Qarabağ”a yaramayan bu futbolçunu yenə əsas komandaya dəvət edib.
Sual olunur, niyə?
“Qarabağ”da həm Arif, həm də İlqar Qurbanov müdafiənin sağ cinahında oynayır. İlqar Qurbanov son turlar uğurlu oyunu ilə müntəzəm olaraq ilk 11-likdə alır və əsas rəqibi Arifi start heyətdən kənarlaşdırmağı bacarıb. Məntiqlə baş məşqçi bu halda ehtiyat heyətin “daimi sakini” Arifə deyil, əsas heyətdə oynayan İlqara dəvət göndərməliydi.
Amma…
Anormal qərarı Prosineçki də verə bilər. Bəlkə heç anormal qərar da deyil. Bəlkə məhz elə düşünülmüş, şüurlu şəkildə verilən qərardı bu?
Məlum, Dağıstandan yığmamıza cəlb olunan xeyli milliləşdirilmiş oyunçu var. Və onlardan Arif də daxil olmaqla, düz 5 nəfəri (Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov və yenə həmin Arif Daşdəmirov) Qətərlə oyuna çağırılıb. Bu futbolçulardan millimizə layiq olanları var. Məsələn, Bədavi Hüseynov, maksimum da Ruslan Qurbanov. Bəs digərləri?
Prosineçki Ariflə yanaşı qapıçı Şahruddin Məhəmmədəliyevə də dəvət göndərib. Görəsən, başqa bir istedadlı yerli futbolçumuz, bu mövsüm normal oyun sərgiləyən Aqil Məmmədov dura-dura Prosineçki başqa bir dağıstanlı oyunçuda nə görüb?
Ümumiyyətlə, o, niyə başqa respublikaların futbol məktəblərinin yetirmələrini milliyə dəvət edir? AFFA-da hansısa gözəgörünməz qrupun diqtəsiylə?
Bu gün 4 aydı heç yanda oynamayan, oynayanda belə milliyə ancaq zərər vuran Arif Daşdəmirov kimi futbolçular ölkənin əsas komandasına cəlb olunurlar. Və bütün bu anormal qərarlardan sonra biz yenə də "Niyə də yox" deyirik...
Görün, kimlərlə və hansı futbol ağlı ilə dünya çempionatına düşməyin xəyallarını qururuq...
Aydın BAĞIROV
[email protected]
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?