Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov Tacikistanla keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, Bakıda keçiriləcək qarşılaşmada qələbə qazanmaq istədiklərini bildirib.
"Sabah Millətlər Liqasındakı oyunlardan əvvəl yoldaşlıq matçına çıxacağıq. Rəqib yaxşı komandadır, futbol oynamağı və nə istədiyini bilir. Biz də özümüzə inanırıq. Ayxan Abbasovun qarşıya qoyduğu tapşırıqlar var. Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik".
Futbolçu Çempionlar Liqası atmosferini hiss etdikdən sonra özündə dəyişiklik görüb-görmədiyi ilə bağlı suala belə cavab verib:
"Mənim üçün heç bir fərq yoxdur. İstər Çempionlar Liqası, istərsə də milli komanda olsun, hər oyuna eyni cür hazırlaşıram".
Daşdəmirov Azərbaycan millisinin Litva və Lixtenşteynlə eyni qrupda yer aldığı Millətlər Liqasındakı şanslarını da dəyərləndirib:
"Əsas məsələ sabahkı oyundur. Ona köklənmişik. Digər rəqiblər də bizim gücümüz səviyyəsindədir. Maksimum nəticə qazanmağa çalışacağıq. Bütün oyunlarda qalib gəlmək şansımız var".
Daşdəmirov Valdas Dambrauskasın Litva millisinin baş məşqçisi ilə dostluğunun Azərbaycan yığması barədə məlumat əldə etmələrinə təsir edib-etməyəcəyi ilə bağlı suala da cavab verib:
"Mən də şəxsən baş məşqçi ilə danışmışam. Güclü tərəflərimizi qeyd etdi. Düşünürəm ki, onun deyə biləcəyi elə də xüsusi bir şey yoxdur. Mənə dedi ki, siz daha yaxşısınız. Özü üçün də maraqlı olacaq. Bizim haqqımızda nə deyə bilər? Deyəcək ki, mübariz komandayıq".
Qeyd edək ki, sentyabrın 23-də "Neftçi" arenada keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"