“Yuventus” klubu 10 min avro məbləğində cərimələnib.
QOL.az xəbər verir ki, ANSA nəşrinin məlumatına görə, buna səbəb bəzi fanatların klub və İtaliya futbolunun əfsanəsi Sandro Mazzolanın xatirəsinə keçirilən bir dəqiqəlik sükutu pozması olub.
Hadisə sentyabrın 20-də “Yuventus”un “Atalanta” ilə “Allyans” stadionunda keçirilən oyunundan əvvəl baş verib. “Curva Sud” tribunasında olan bəzi azarkeşlər sükut zamanı meydana arxalarını çevirib, daha sonra “Yuventus”un əfsanələrinin şərəfinə şüarlar səsləndiriblər.
83 yaşında vəfat edən Mazzola 1968-ci ildə Avropa çempionu, 1970-ci ildə isə dünya çempionatının gümüş medalçısı olub.
Hadisə futbol ictimaiyyətinin tənqidinə səbəb olub. “Yuventus” da oyundan sonra azarkeşlərin davranışını pisləyib.
Qeyd edək ki, klubun operativ reaksiyası və digər azarkeşlərin şüarları alqışlarla qarşılaması nəzərə alınaraq cərimənin məbləği azaldılıb.
Bizi İnstaqramda izləmək üçün kliklə!
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər