Ukraynalı mütəxəssis Yuri Maksimovun “Araz Naxçıvan”ın baş məşqçisi olacağı dəqiqləşib.
QOL.az-ın əldə etdiyi xəbərə görə, 57 yaşlı mütəxəssis artıq Bakıdadır. Onun tezliklə yeni klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Xatırladaq ki, Y.Maksimov Azərbaycan futboluna tanış simadır. O, “Araz Naxçıvan”ın faktiki sahibi olan Zaur Axundovla birgə 2017-2018-ci illərdə “Keşlə”də işləyib. Baş məşqçi kimi bu komandaya Azərbaycan kubokunu qazandırıb.
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında keçirdiyi 6 oyundan sonra 2 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb. Dünən klub uğursuz nəticəyə görə baş məşqçi Cavid Hüseynovu istefaya göndərib.
Ukraynalı mütəxəssis karyerası ərzində “Dnepr-1”, “Krivbass”, “Taraz” və digər klubları da çalışdırıb. Onun son iş yeri 2025-ci ilin yayında ayrıldığı “Vorskla” olub. Maksimov 2019/20 mövsümündə Poltava təmsilçisini Ukrayna kubokunun finalına çıxarıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında “Araz-Naxçıvan”ı digər ukraynalı mütəxəssis Andrey Demçenko çalışdırıb.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Bugünkü oyunu buraxacaq
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Türkiyə millisinin düşərgəsini tərk etdi
Azərbaycan kubokunda 1/8 final - Nə vaxt və harada?
“Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
Skaloninin Argentina millisi ilə müqaviləsi uzadıldı
De Brüynenin “Napoli”də münaqişəsi böyüyür
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
Arda Gülerin möhtəşəm qolu, Türkiyənin məğlubiyyəti - Video
ÇL-də 9 qolla uduzan komandanın baş məşqçisi göndərildi
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi - Video
“Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşdi
Fransa İtaliyaya uduzdu, İspaniyadan qələbə