“Real” La Liqanın prezidenti Xavyer Tebasın klubla bağlı açıqlamalarına münasibət bildirib.
QOL.az xəbər verir ki, Madrid təmsilçisi “Atletiko”ya 1:2 hesablı məğlubiyyətdən sonra Tebasın klubun televiziya kanalının hakimlərə təzyiq göstərməsi ilə bağlı fikirlərinə cavab verib.
“Real”ın rəsmi saytında yayılan açıqlamada Tebasın vəzifəsindən istifadə edərək klubu hədəf aldığı bildirilib:
“Klubumuz hesab edir ki, La Liqanın prezidentinin institusional vəzifəsindən istifadə edərək hər açıqlamasında “Real”ı gözdən salması qəbuledilməzdir. Bütün klubların maraqlarını təmsil etməli olan şəxsin dəfələrlə “Real”a qarşı çıxış etməsi ciddi narahatlıq doğurur. La Liqanın prezidenti “Real”ı ictimaiyyət qarşısında gözdən salmaq əvəzinə, yarışın obyektivliyini təmin etməli olan qurumlara inamı gücləndirməlidir. Belə davranış İspaniya futbolunun beynəlxalq imicinə zərər vurur.
La Liqanın prezidenti yarışın sahibi yox onu təşkil edən və klublara xidmət edən şəxsdir. Peşəkar futbolun və klubların inkişafı üçün neytrallıq prinsipinə sadiq və öz rolunun mahiyyətini anlayan rəhbərliyə ehtiyac var”.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı