FİFA-dan Türkiyə klubuna daha bir cəza

FİFA-dan Türkiyə klubuna daha bir cəza
DÜNYA FUTBOLU 22 Sentyabr 2026 / 21:29 553
-  A +

Türkiyənin 1-ci Liqasında çıxış edən “Kayserispor”a FİFA tərəfindən daha bir transfer qadağası tətbiq edilib.

QOL.az xəbər verir ki, buna klubun sabiq futbolçusu Karlos Maneyə 75 min avro borcunun olması səbəb göstərilib.

Bununla da “Kayserispor”la bağlı FİFA tərəfindən tətbiq edilən transfer qadağalarının sayı 4-ə çatıb.

Klubdan bildirilib ki, mövcud qadağaların aradan qaldırılması üçün tələb olunan ödənişlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner