Yazıya milli komandamızın Kosovoya ağır məğlubiyyəti ilə də başlamaq olar, Qurban Qurbanovun müəyyən səhvlərə yol verməsinə toxunmaqla da, emosiyalarına hakim olmayan bir qrup narazı azarkeşin küyünə gedib onu istefaya səsləməklə də. Amma bu, heç bir halda gerçək mənzərini tam aydınlatmayacaq. Çünki həqiqi mənzərə dünən tabloda yanan 0:4 hesabı deyil, Millətlər Liqasının final mərhələsinə çıxa bilməməyimiz də deyil, Qurban Qurbanovun ümidsizcəsinə söylədiyi bu acı etirafdı: “Bu gün komandamızın gücü tam bilindi”.
O güc bu gedişlə yaxın illərdə də yalnız Farer adaları tipli ciddi hədəfləri olmayan komandalara qalib gəlməyə imkan verəcək, ya da Malta kimi məhəllə səviyyəli komandadan xal almağa – Kosovo və onun kimi günbəgün irəli gedən, daxili çempionatlarına, bölgə və uşaq futbollarının inkişafına xüsusi əhəmiyyət verən ölkələrin komandalarını udmaq isə bizə görə olmayacaq. Arabir, son 20 ildə olduğu kimi, 1-2 yaxşı komandaya qalib gəlməklə epizodik sensasiyalı uğura imza atacağıq, amma dünya və Avropa çempionatlarının final mərhələlərinə gedə bilməyəcəyik. İndidən əlimizi bundan üzək. Fuad Musayevin gedişindən sonra, yağ-bal içində üzdüyü son 15 ildə AFFA-nı idarə edənlərin topasının fəaliyyətinə isə bir quş qoyaq. Futbolun inkişafına milyonlar ayrılsa da, əvəzində milli komandaya elə həmin Kosovonun qarşısında oynamağa tab gətirə biləcək bir normal oyunçu yetişdirmədiklərinə görə...
Bəli, Qurban Qurbanovu səhv taktikaya görə mühakimə etmək olar, “Qarabağ” və milli kimi iki böyük məsuliyyəti olan komandanı eyni anda çalışdırdığına görə qınamaq da. Amma qınanası, mühakimə olunası bir ciddi ünvan daha var - AFFA. Ölkədə futbola birbaşa cavabdeh olan qurum. Onların elə dünən məğlub olduğumuz Kosovodakı həmkarlarının təşkilatçısı olduğu daxili çempionatda müxtəlif bölgələrdən düz 12 komanda oynayır. Ölkənin heç 2 milyon əhalisi yoxdu. Bu gün-sabah bizim əhalimizin sayı 10 milyona çatacaq. Çempionatımızda isə cəmi 8 komanda var. Onların sırasında isə “Qəbələ”ni, məcburiyyətdən Bakıda oynayan “Qarabağ”ı çıxmaqla bir bölgə təmsilçisi yoxdu. Kosovoda isə bütün bölgələrdə futbol var – gələcəkdə Avropada samballı klublarda oynayacaq oyunçular yetişdirirlər. Bizdə isə AFFA 7-8 yaşlı uşağın əyninə 56 yaşlı Lippert boyda “nakidka” geyindirib şəklini hər yerdə paylaşır ki, uşaq futbolunu inkişaf etdiririk. Adını da qoyurlar futbol festivalı. “Festival”dan sonra o uşaqların futbol aqibəti necə olur? Azərbaycanın bütün bölgələrində olmayan uşaq futbol məktəblərinin durumu bu suala cavab verir...
Ona görə də qınamayın məşqçini, yeri gəlsə, elə futbolçunu da. Yetişmir bizdə oyunçu, yetişdirmirlər. Son illər millidə ən sabit çıxış edən futbolçumuz 26 yaşlı Qara Qarayevdi. Hətta o özü belə etiraf edir ki, ortabab xarici klubdan oynamaq təklifi almayıb. Amma xarici futbol məktəblərində yetişsələr belə, Kosovonun “Latsio”, “Manşester Siti”də oynayan futbolçuları var.
Yaxın qonşumuz Gürcüstan millisinin bugünkü heyətində isə 23 oyunçudan düz 21-i xarici çempionatlarda oynayır. Hamısı da kasıb Gürcüstan futbolunun yetirməsidi. Ona görə də onlar artıq Millətlər Liqasının final mərhələsindədi. Yəqin ikisindən biri “Avro-2020”nin final mərhələsinə də vəsiqə qazanar, bəlkə gəlib Bakıda Olimpiya Stadionunda da oynayar. Biz də hamımız, AFFA daxil kollektiv şəkildə ona azarkeşlik edərik...
Aydın BAĞIROV
[email protected]
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"
Hakimi zədəsini sağaltdı, kubok oyununda meydanda olacaq
"Bavariya" 2 futbolçusunun müqaviləsini uzadır
“Qarabağ”ın qapıçısı Almaniyadan təklif alıb
Klubun 40 azarkeşi həbs olundu
Sinenkadan rekord, Şahrudindən uğurlu seriya
"Qalatasaray" və "Fənərbaxça" onu hədəfə aldı
“Əl-İttihad” rəsmisindən Vinisius açıqlaması
"Valensiya"nın məşqçisi 3 övladı ilə gəmidə batdı
40 yaşında 40 qol vurdu
"Qarabağ" Braziliya klubu ilə razılaşmadı
İsko 1 ay oynamayacaq
Roman Qriqorçuk qayıdır
Ronaldonun dubl etdiyi oyun - Video
WKF-dən Rafael Ağayevlə bağlı paylaşım - Şəkillər
“Atletiko”nun sabiq futbolçusu Braziliya klubunda
111 ildən sonra 11 qələbə rekordu
Kenan qol vurdu, "Yuventus" qalib gəldi - Video
"Bavariya" onunla yeni müqavilə imzaladı
"Aston Villa" "Çelsi"ni belə məğlub etdi - Video
Ronaldo dubl etdi, "Əl-Nəsr" qalib gəldi
"Mançester Siti" və "Liverpul"dan qələbə, "Çelsi" uduzdu
Bu ilin ən çox qazanan futbolçuları kimlər oldu?
"Dünyanın ən yaxşı hücumçularından biridir"
"Arsenal" yenidən lider oldu
"Real" hələ də ideal əvəzləyicini tapa bilmir
Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu
"Neftçi" Ukrayna klubunun futbolçusu ilə maraqlanır
Zirkzeyə "Roma"dan təklif gəldi
"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı
"Mançester Siti" liderliyə yüksəldi