“Vanda Metropolitano” stadionu, "Atletiko" ilə oyundan bir gün öncə "Qarabağ"ın məşqidi. İsgəndər Cavadov yaxınlaşıb xahiş edir ki, şəklini çəkim. Çəkirəm. Soruşur:
- Necədüüü?
- Həmişəki kimisiz...
Sonra təklif edirəm ki, bir müsahibə versin.
- Yox eee...
- “Qarabağ”dan danışacağıq.
- Ala yox e...
- Narahat olmayın, AFFA-dan sual verməyəcəm.
- Da neeet...
- Niyə danışmırsız, İsgəndər müəllim? Millinin, futbolun problemləri haqda sual olmayacaq.
Zorla deyil ki. Danışmır. Sakitcə oturub məşqi izləyir. Elə də diqqətlə izləyir, məndə bir anlıq belə təsəvvür yaranır ki, yəqin Qurban Qurbanovun məşqindən, “Qarabağ”ın sabahkı oyunundan təhlil hazırlamaq üçün Madridə gəlib. Düşünürəm, bəlkə AFFA təzəlikcə futbolun strateji təhlil mərkəzini də yaradıb və İsgəndər bəyəfəndini də ora sədr qoyub. Yox! Olmur, vallah olmur… İsgəndər müəllimlə təhlili bir araya sığışdırmaq olmur.
Amma yenə də mənə maraqlı gəlir, nə üçün elementar bir oyun haqda danışmaq istəmir yoldaş Cavadov? Yadıma düşür ki, o, axır vaxtlar ümumiyyətlə, heç danışmır. Deyəsən, bir dəfə “Neftçi” haqda nəsə 1-2 tənqidi söz deyib, AFFA-damı, yoxsa SOCAR-damı oturanların xətirlərinə dəyib. Odu-budu mediadan qaçır İsgəndər müəllim.
Amma biz “Neftçi”dən, uğursuz millidən danışmayacaqdıq təbii ki. “Atletiko” - “Qarabağ” oyunu haqda danışacaqdıq. Necə ki, Vaqif Sadıqov o haqda danışır və indiyədək də AFFA-da işləyir, Ağasəlim Mircavadov danışır, o da AFFA-da işləyir, az-az olsa da, Böyükağa Hacıyev da danışır və o da AFFA-da işləyir. İsgəndər Cavadov isə heç nə danışmır, ya da danışa bilmir, buna baxmayaraq, Mircavadovdan da, Hacıyevdən də daha yüksək vəzifədədir (AFFA İcraiyyə Komitəsində) və daha yaxşı pul qazanır.
Bəs problem nədi? Yəqin İsgəndər müəllimə elə gəldi ki, “Qarabağ”a xoş gələn söz birdən AFFA-da oturanlara naxoş gələr. Elədirmi görəsən?
Şair demiş,
Bəlkə də hə,
Bəlkə də yox
Hə, onu da deyim ki, İsgəndər müəllim Madridə “Qarabağ”ın sponsorluğu ilə getmişdi. Ən azı klubun bu xeyirxah, nəcib davranışı xatirinə 1-2 kəlmə söz demək lazım idi. Bu, insanlığın mənəvi qaydalarından biridi.
***
- İqor Anatolyeviç, bəlkə sizinlə bir müsahibə edək?
- Hə, əlbəttə. Amma məndə elə bir yenilik yoxdur. Bilmirəm, mənimlə müsahibə sizin üçün nə dərəcədə maraqlı olar.
- Siz bizim futbolda həmişə maraqlı sima olmusunuz.
Son sözlərim ürəyinə yağ kimi yayılır deyəsən. Feysbuk messengerimə bir “layk” işarəsi də göndərir. Yəni okey!
- O zaman müsahibəyə başlayaq?
- Başlayaq!
İlk sualı göndərirəm. Amma 15-20 dəqiqə sonra kompüterin o başından zülmlə könülsüz cavab gəlir. Donub qalıram. Özüm-özümdən şübhələnirəm ki, İlahi, mən axı, bu adama nə dedim, xətrinə dəyəcək nə sual verdim ki, Ponomaryovun fikirlərində də belə inqilabi dəyişiklik oldu?
Buyurun, bu mənim adi sualım: 2000-ci ildə millinin baş məşqçisi işləmisiniz. O vaxtdan bəri keçən 17 ildə bizim futbolda, əsasən də milli komandada nə dəyişib?
Bu isə onun cavabı: "Aydın, sən məni bağışla, nəyə görəsə həvəsim yoxdu. Görünür, mən hələ müsahibə vermək üçün yetişməmişəm".
Həvəsim yoxdu...
Yetişməmişəm…
Bizdə belə sualları cavablandıran onlarla futbol adamı var və heç birini də AFFA indiyədək işdən qovmayıb. Əlbəttə, kimisi tənqid edir, kimisi də üstüörtülü cavab verir, amma heç kim İqor Ponomaryov kimi qorxaq cavab vermir.
Və adi bir sualda qoyulan problemə cavab vermək gücündə, bacarığında olmayan adamlar bu gün bizim futbolun problemini həll etmək istəyirlər.
Futbolumuzun dərdi həm də bax elə budu.
***
Cavadov və Ponomaryovla yanaşı bizim futbolumuzun daha bir əfsanəsi var: Samir Ələkbərov. Safdı, bəlkə də çox sadəlövhdü. Fuad Musayevin dövründən həmişə dilinin bəlasına düşüb. Elə dünən də çox şeyi açıb danışdı və onu təsdiq etdi ki, onun da özünəməxsus yolu olub.
Samir Ələkbərov yolu.
Pisdi, yaxşıdı, bu, hər zaman müzakirə edilə bilər. Amma dəyişməyən bir həqiqət var: hər kəs inandığı yolu ilə gedir.
Kimisi İsgəndər Cavadov kimi.
Kimisi İqor Ponomaryov kimi.
Kimisi də Samir Ələkbərov kimi...
Aydın BAĞIROV
[email protected]
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko