Hələ koronavirus bəlasının bütün dünyada yayılmadığı, hazırkı qaramat günlərdən baxanda xoşbəxt adlandıracağımız dövrdür.
2017-nin dekabrı.
Roma aeroportu.
Üzündən nur yağan ortayaşlı dolu polis xanım diqqətlə nəzərlərini mənə dikib. Əvvəl pasportuma baxır, sonra gözlərimə. Və bu həyəcanlı proses on saniyədən bir qədər artıq çəkir. Ardınca doğma dilində sual verir. Bir çətinliklə də olsa başa düşürəm ki, səfərimin məqsədini, bura “Qarabağ” komandası ilə gəlib-gəlmədiyimi soruşur. Ona əfsanəvi “Sprut” filmindən yaddaşımın bir küncündə ilişib qalan italyanca sözlərlə təsdiqləyici cavab verirəm:
- Si, senyora!
Cavabımdan məmnun qalaraq gülümsəyir. Üzündəki təbəssüm daha da çoxalır. Mənə bir anlıq elə gəlir ki, ona öz ana dilində ikicə söz deməyim bu gözəl qadının ürəyinə yağ kimi yayılır. Aramızı sərhəd kimi kəsən şüşənin o biri tərəfindəki kiçik kabinədə oturan zabit nəhayət, möhürü əlinə götürür. Bunu görüncə isə ölkəyə buraxılmağım üçün bir əngəl olmadığıma əmin oluram.
- Taaaaqqq....
Bu, həmin möhürün səsi, İtaliyanın öz qapılarını mənim üzümə açmasının rəsmi icazəsidir. Patrisiya pasportumu qatlayıb mənə uzadır (adını uniformasında, sinəsi üzərindəki yazıdan öyrənə bilirəm). Və bu qısa hüquqi prosedura nəzakətlə nöqtə qoyur:
- Romaya xoş gəldiniz, senyor!
Ertəsi səhər çox tez oyanıram. Saat altıdır, ya neçədirsə. Otelin eyvanından Romanı seyr edirəm. Uzaqdan nə Kolizey görünür, nə hansısa başqa nəhəng tarixi abidə, nə də böyük Sezarın bu şəhərin ruhuna hopmuş əbədi qüdrəti. Görünən yalnız şəfəqdir. Ən sevdiyim təbiət hadisəsi. Tanrı hər gün məhz onun vasitəsi ilə İşığın gəldiyinin müjdəsini verir. Şəfəqi hər gördükcə isə əmin oluram ki, nə mənim, nə də sizin dünyanız heç vaxt qaranlığa qərq olmayacaq. İşıqlı dünya, insanlar və cəmiyyətin qarşısında bütün viruslar əzik-əzik, cilik-cilik, tikə-tikə olub gedəcək. Necə deyərlər, hər qaranlıq gecənin aydın bir sabahı da var...
... O səhər həmin səmanı seyr etdikcə bir gün əvvəl olanları təbəssümlə xatırlayıram. Romada olanları. Düzdür, bunadək “Qarabağ”la gəldiyimiz təyyarədə maraqlı nəsə baş vermir. Komanda “Roma” ilə ÇL-in vacib matçına yollanır deyə futbolçular daha çox filmə baxmaqla istirahət edirlər. Yalnız ara-sıra Rəşad Sadıqov jurnalistlərin yanına gələrək bu quru, darıxdırıcı auranı pozur, zəngin futbol xatirələrindən danışır. Və bu proses səmimi ab-havadan istifadə edib kiminsə yersiz və dəxilsiz sual ünvanlamasına qədər davam edir.
Bəs Romada nə olmuşdu?
6-7 saatlıq uzun yolçuluqdan sonra restoranda pizza yeyib, üstündən də italyan şərabı içəndə həmkarlara deyirəm ki, bunlar bizim insanlara çox bənzəyirlər. Avtomobili bizimkilər kimi nizamsız sürürlər, təzə maşın sürməyi öyrənən xanımlar və hələ də düzgün parkovka qaydasını öyrənməyən kişilər kimi, necə və harda gəldi, saxlayırlar. Telefonda isə qışqıra-qışqıra necə danışırlarsa, dəstəyin o biri başındakının sağlam qulağının pərdəsi deşilir.
Sonra Fabio yadıma düşür. Fabio İtaliyada bizə xidmət edən, yaşı 50-ə yaxınlaşan ofisiantdır. Gülərək bizə yaxınlaşır və sanki ona səsgüclədirici qoşubmuşlar kimi ucadan qışqırır:
- Nə sifariş edəcəksiniz?
Düzü, bu mənzərəyə təəccüblənmirəm də. Çünki yalnız sadə italyanların mentalitetinə bələd olmayan insana elə görünə bilər ki, ofisiant səndən nə yeyib-içəcəyini soruşmur, səni davaya çağırır. Əslində isə bütün bunlar bu millətin emosionallığından irəli gəlir.
Bəli, emosional klassik italiyalı məhz belə olmalıdır: Fabio kimi, çılğın, dəliqanlı. İstiqanlı italiyalı isə zabit Patrisiya kimi olmalıdır: alicənab və kübar.
Və bir də var İtaliya mədəniyyəti. Onu hər yerdə görmək olur(du). Hətta stadionda belə. Baxın, bu videoya. “Roma” – “Qarabağ” matçından əvvəl çəkmişdim. Olimpiya Stadionu VİP və jurnalist qonaqlarını Çempionlar Liqasının himni ilə qarşılayır... Bizim xahişimizlə.
Qonaqpərvər italyanlar da belə olur: “Roma” klubu, bu nəhəngin himni məharətlə ifa edən orkestrin hər bir üzvü kimi...
***
Bu gün TV-də eşitdim ki, İtaliyada koronavirusdan ölənlərin sayı 14 minə yaxınlaşıb. Gözümün önünə hamıdan əvvəl zabit Patrisiya və ofisiant Fabio gəldi.
İnanıram ki, sağdılar və Tanrı onları qoruyacaq!
Onları və bütün İtaliyanı.
Aydın BAĞIROV
[email protected]
Mesajlar yaxşıdır! Amma…
Mövsümdə ilk
"Qarabağ"ın 1600-cü qolu
"Qəbələ"nin 4 qollu qələbəsindən - Video
"Cavidin əvəzinə danışa bilmərəm" - Elvin Məmmədov
"Narahat olmayın, heç kimdən küsməmişəm" - Qurban Qurbanov
Bayılda vurulan 5 qol - Video
"Qarabağ" böyük hesabla "Səbail"ə qalib gəldi
Güləşçimiz ermənistanlı rəqibini məğlub edərək finala çıxdı
"Qəbələ"dən darmadağın, Yevlaxda heç-heçə
AFFA-nın Hesabat Konfransı keçirilib - Yenilənib
Flik "Barselona" ilə yeni müqaviləsi haqda danışdı
“Səbail” - “Qarabağ” oyununun heyətləri
AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi
Akif Quluzadənin növbəti döyüşü
ÇL-də həftənin ən yaxşı oyunçusu seçildi
Baş məşqçi vəzifəsinə əsas namizəd Fabreqasdır
FİFA Türkiyə klublarına transfer qadağası qoydu
AFFA-dan 2-ci liqa klublarına cəza və cərimələr
Salah: "İnanmasaydım, müqavilə imzalamazdım"
“Nə Əliyar Ağayevi görmüşəm, nə də başqalarını…”
Qurban Qurbanov AFFA-dan inciyib? - Rövşən Nəcəfdən açıqlama
AFFA idman qurğularına 2 milyon manatdan çox vəsait ayırıb
"İnter"dən müflis olmaq riski ilə bağlı xəbərlərə reaksiya
Vitali Borisov: “Bu, bizim üçün nüfuz oyunudur”
“Limitin ləğvi futbolumuz üçün yaxşıdır” - Maqsud Adıgözəlov
Bir mövsümdə futbol klublarımıza nə qədər pul xərclənib?
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayırlar
Salah "Liverpul"da qalır - Rəsmi
UEFA-nın Azərbaycan klublarına ödədiyi vəsait məlum oldu
Qurban Qurbanov Hesabat Konfransına qatılmadı
SOCAR ötən il AFFA-ya nə qədər vəsait ayırıb?
"Fernandu Santuşa narazılığımızı bildirdik" - Rövşən Nəcəf
"Real"ın sabiq baş məşqçisi vəfat etdi
"Çelsi"dən böyükhesablı qələbə