Gerçək mənzərənin tam aydın olması üçün qonşumuz Gürcüstandan başlayaq. Çünki futbolumuzda dərinləşməkdə olan böhranı görməkçün uzaq Avropa, yaxud Braziliyayla müqayisələrə ehtiyac yoxdu.
Beləliklə, gürcülər nə edir?
Əslində qeyri-adi heç nə. Normal futbol düşüncəsi nəyi tələb edirsə, onu. Birinci növbədə diqqəti yönəldirlər uşaq futbolunun inkişafına. Gələcək məhz onlardı axı. 2018-ci ilin yekunlarına görə, bu ölkənin U-17 liqasında 30 komanda yarışıb və həmin 30 komandadan düz 16-sı bölgələri, digərləri də paytaxt Tiflisi təmsil edib. Təxminən eyni hal U-15 liqasında da olub. Bunun üçün böyük məbləğdə (futbola görə) pul da tələb olunmur. Bir liqanın keçirilməsinə 100-150 min dollar xərclənə, ya xərclənməyə. Gürcüstan Futbol Federasiyasının saytında U-17 liqasının sponsorunun olmasına dair hər hansı məlumat yoxdur.
Bizdə isə U-17 liqasının “Bakcell” boyda sponsoru var. Hələ sponsor bir kənara, liqanı keçirən AFFA-nın SOCAR kimi iqtisadi maliyyə dayağı var ki, rəsmi hesabata əsasən, təkcə uşaq futboluna bir ildə 2 milyondan çox pul ayrılıb. Amma indi bir fakta xüsusi diqqət edin. Bizim sponsoru olan bu U-17 liqasında gürcülər kimi 30 deyil, 20 də deyil, heç 15 də deyil, cəmi 12 komanda oynayır. O 12 komandadan isə Bakıda oynayan “Qarabağ”ı çıxmaqla vur-tut 3-ü bölgəni təmsil edir.
Əhalimiz gürcülərdən çox, pulumuz da həmçinin. Bəs hara yoxa çıxıb bu qədər uşaq, bölgələri təmsil edən komandalar? Hardadı Azərbaycanın ikinci böyük şəhəri Gəncənin, futbolumuza nə qədər istedadlı oyunçu bəxş etmiş Tovuzun U-17 liqasındakı komandası? U-16 və U-15 liqasını da əlavə etsək, liqalarda üst-üstə 40 komanda oynayır. Bu dəfə hətta paytaxtda oynayan “Qarabağ”ı da daxil etsək, həmin 3 liqada 40 komandadan cəmi 10-u bölgələri təmsil edir. Yəni Gürcüstanda təkcə bir liqadakı komanda sayından daha az.
Bölgələrdə uşaq komandalarının yoxa çıxmasının gələcəkdə klub və A milli komandaya daha ciddi zərbə vuracağını AFFA indidən düşünməli və bu təhlükənin qarşısını almaq üçün təcili işlər görməlidi. İş görməksə əziz “CBC Sport”un kamerası qarşısına çıxıb “AFFA uşaq futbolunu inkişaf etdirir, diqqət və qayğı göstərir” kimi boşboğazlıq etmək deyil. Bu nağılı danışan federasiyanın uşaq futboluna məsul nümayəndəsi isə nəhayət, dərk etməlidi ki, elə yarımca metrliyində dayanıb müsahibə verdiyi meydança orada oynayan həmin o uşaqların səhhəti üçün real təhlükə mənbəyidi. Bütün Avropa süni meydançarlardan imtina edir, bizimkilərsə yenilərini salır. Yeri gəlmişkən, bölgələrdə uşaq futbolu ilə bağlı problemə təkcə AFFA deyil, Gənclər və İdman Nazirliyi də biganə münasibət göstərməməlidir.
Və sonda.
Yenə gürcülərə qayıdaq. Bizdən fərqli olaraq, onların federasiyasının uzun illərdi uşaq futboluna həqiqi diqqəti ona gətirib çıxarıb ki, bu gün Gürcüstanın A milli komandasının 23 üzvündən düz 21-i xarici ölkə çempionatlarında oynayır.
Bizim Qara Qarayevsə deyir ki, mənə heç bir xarici klubdan təklif gəlməyib. Hələ son illər ən yaxşı və ən sabit oyunçularımızdan biri Qara sayılır. İndi görün, o birilər nə vəziyyətdədi.
Aydın BAĞIROV
[email protected]
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video