Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq, “Qarabağ” qatıldığı 11 avrokubok mövsümündə hələlik uğursuz sayıla biləcək dövrünü məhz indi keçirir.
Düzdü, bu mövsüm 7 matçın (6 Çempionlar Liqası, 1 Avroliqa) 5-dəki nəticə (2 qələbə, 3 heç-heçə) hardasa ciddi problemin olmadığı qənaətini yarada bilər, amma alınan 2 məğlubiyyətdən 1-i (BATE) “Qarabağ”ı Çempionlar Liqasından məhrum edib, digəri (“Şerif”) isə komandanı Avroliqadan da kənarlaşdıra bilər ki, belə bir ehtimal hazırda yüksəkdi. Daha bir acınacaqlı fakt isə 7 oyuna cəmi 5 qolun (onlardan 2-si penalti ilə) vurulması ilə bağlıdı (orta hesabla hər oyuna heç 1 qol vurulmayıb). Göstərilən 12 mövsümlük dövrdə “Qarabağ”ın təsnifat mərhələlərində 5 qol vurduğu yalnız 2009/10 və 2015/16 mövsümündə olub (o vaxtlar da bu qollar 7 yox, 6 oyuna vurulub).
Avropanın zəif və BATE-nin timsalında ortabab klubları ilə 7 matçda 5 qolun vurulması bir komanda üçün faciə sayılmasa da, hər halda ciddi problemin göstəricisidi.
“Qarabağ”da əsl hücumçu yoxdu. Daha da pisi odur ki, bu problemlər illərdi ki, həll olunmayıb. Bəlkə də bunun tutarlı səbəbi var. Amma bu, azarkeşi, ictimaiyyəti qətiyyən maraqlandırmır.
Gələk, yeni alınan oyunçulara. Əvvəlki illərdə də təsnifat mərhələlərində futbolçuların bir-birinə uyğunlaşması baxımından çətinlik yaranırdı, amma artıq pley-off-a çatanda bunlar bir çox halda həllini tapırdı. İndi isə belə görünür ki, budəfəki nisbətən yenilənmiş “Qarabağ”da futbolçular arasında bir-birini başa düşməmək kimi problemlər qalmaqdadır. Qurban Qurbanov da BATE məğlubiyyətindən sonra bu fikri təsdiqləyərək bildirmişdi: “Futbolçularımız arasında anlaşma lazımi səviyyədə deyil”.
Bu yerdə sual yaranır ki, belə bir problem doğrudan da varsa, “Qarabağ” Belarusdakı təkrar matçdan 4-5 gün öncə Premyer Liqada “Zirə” ilə görüşü niyə təxirə salır? Nəyə görəsə bənzər addımı Ağdam klubunun avrokuboklardakı rəqibləri atmırlar. Hər halda görünür, Qurban Qurbanov futbolçularına həm istirahət vermək, həm də mümkün zədədən qorumaq üçün “Zirə” ilə görüşü təxirə salmışdı. Amma məhz “Zirə”ylə həmin oyun yeni futbolçuların komandaya uyğunlaşmasına kömək edə bilərdi. Ən azı elə xətlərarası problemləri nisbətən aradan qaldırmaq mənasında. Amma... Necə deyərlər, Çempionlar Liqası artıq əldən gedib.
Biz gələk bu günə, bu günün gerçəkliyinə. Hə, doğrudan da “Qarabağ”a nə olub? Görünən budu ki, klubda şərait əvvəlkitək yerindədi – komanda xarici ölkələrə ənənəvi olaraq çarter reysi ilə gedir, yaxşı otellərdə qalır, təlim-məşq bazası öz yerində, ən vacibi, futbolçuların maaşı, klubun büdcəsi də azaldılmayıb. Ötən il Çempionlar Liqasında iştiraka görə UEFA-dan 16 milyon avro gəlir götürüldüyünü də nəzərə alsaq, büdcənin azaldılmasında heç bir məntiq olmamalıdı. Deməli, maaşı və büdcəsi azaldılan “Qəbələ”dən fərqli olaraq, “Qarabağ”da futbolçularda ruh düşkünlüyü yoxdu. Amma əvvəzində alınan yeni futbolçuların demək olar ki, heç biri hələlik “Qarabağ”a lazımi faydanı verməyib. Son vaxtlar komandanın müdafiə xətti hər nə qədər haqlı tənqid edilsə də, yarımmüdafiə və hücumdakı ciddi problemləri də görməzdən gəlməməliyik.
Almeydanın dövründəki yaradıcı oyun, demək olar ki, yoxdu. Oyun qurucusu kimi alınan bolqar Simeon Slavçev üzərinə düşən işin öhdəsindən, faktiki olaraq, gələ bilmir. Düzdü, 3-4 oyuna görə bir futbolçuya yaxşı, yaxud pis oyunçudu kimi qiymət vermək tez olar. Amma geridə qalan avrokubok matçlarına baxanda onun “Qarabağ”a hələ ciddi faydasının dəymədiyini söyləmək mümkündür. Dərinə gedəndə bənzər sözləri qapıçılar istisna olmaqla digər yeni legionerlər – Zubir, Ozobiç, Delarj, Emeqara barədə də söyləmək olar. Yeri gəlmişkən, “Kukesi” ilə matçda 3 penalti qazanan Emeqara BATE ilə təkrar oyunda ikinci sarı vərəqə alıb meydandan qovulmaqla həm həmin matç, həm də “Şerif”lə dünənki oyun üçün komandasını pis vəziyyətdə qoydu. Bir futbolçunun, xüsusilə də əgər o yeni alınıbsa, komandaya belə zərbə vurmağa haqqı yoxdu. Yəqin ki, Qurban müəllim onunla lazımi profilaktik söhbətləri aparıb. Yoxsa “Qarabağ” hücumda yenə məcburiyyətdən qalacaq gənc və yetərli Avropa təcrübəsi olmayan Mahir Mədətovun ümidinə. O da qolları bir-bir sıralayacaq... “Səbail”lə oyunda.
Yazıya statistika ilə başlamışdıqsa, elə qısa statistika ilə də yekun vuraq. Bu mövsüm avrokuboklar başlayanda Azərbaycan UEFA reytinqində gərək ki, 22-ci yerdəydi. “Qarabağ”ın dünənki məğlubiyyətindən sonra düşdük 26-cı yerə.
Reytinq nisbi anlayışdı deyirlər, amma həm də bir həqiqi göstəricidi. Kimisinin irəli, kimisinin də geri getməsinin göstəricisi. Biz, təəssüf ki, ənənəvi vəziyyətimizə qayıdaraq geri gedirik. Və o sıraya görünür, son illər Avropada uğurları olan (bizim üçün) “Qarabağ” da qoşulur. Ümid edək, “Şerif”lə oyunda hər şey düzələr.
Amma gerçəkliyə qalanda futbolu ümid oynamır.
Aydın BAĞIROV
[email protected]
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində
“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama
Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu
Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi
20 yaşlı futbolçu güllələnərək öldürüldü
Zidan köməkçilərini seçdi
Xusanov ata oldu - Video
Ahmet Çakar “Qarabağ”ın epizodu haqda nə dedi?
"Xankəndi" bu dəfə 5 qolla qalib gəldi - Video
Salah "Liverpul"dan ayrılacağını açıqladı
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?