Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
QOL.az xəbər verir ki, bu haqda qurumun yaydığı açıqlamada bildirilib.
AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
İcraiyyə Komitəsi üzvləri Azərbaycan milli komandasının Haiti və Belarus yığmaları ilə yoldaşlıq oyunlarını dəyərləndiriblər. Onlar Azərbaycan milli komandasının oyununun və nəticələrinin qənaətbəxş olmadığını vurğulayıblar.
AFFA prezidenti Rövşən Nəcəf milli komandanın baş məşqçisi Fernandu Santuşla görüşdüyünü, onun qarşısına qoyulan hədəflərin dəyişilməz olaraq qaldığını qeyd edib.
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker İcraiyyə Komitəsinin toplantısında mövsümün gedişi barədə hesabat verib. O, Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda oyunlarda bəzi hakim səhvlərinin olduğunu etiraf edib. Lakin çempionatın 28-ci turuna qədər hakimlərin meydanda VAR-ın köməyi olmadan 87 faizdən çox düzgün qərarlar qəbul etməsini yaxşı nəticə kimi qiymətləndirib. Frank De Bleker mövsümün sonuna doğru çempionatda oyunların daha gərgin keçəcəyini deyərək, hakimlərin buna hazır olmaları üçün əllərindən gələni edəcəklərini bildirib. AFFA Hakimlər Komitəsinin sədri İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb, onların təkliflərini dinləyib.
AFFA İcraiyyə Komitəsi Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovun müraciətinə baxıb. Futbolun İnkişafı Strategiyasına uyğun olaraq müraciətin detalları ilə bağlı təqdimatın hazırlanması AFFA Katibliyinə tapşırılıb.
Yuxarı
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video