Yəqin hansısa psixoloji məqama görədir. İndiyədək səhər tezdən olan bütün təyyarə reysləri ilə xaricə səfərə çıxmazdan əvvəlki gecə yatıb yuxu almaq mənimçün həmişə problem olub və bu dəfə də oldu. AZAL-ın birbaşa reysi ilə Antalyaya gəlib və Belekdəki 5 ulduzlu nəhəng “Granada” otelində yerləşib, sonra da yaxınlıqdakı idman kompleksində qalan “Qarabağ”ın düşərgəsinə çatanda yuxusuz qaldığım müddət 32 saatı vurub keçmişdi.
- Sizin seçdiyiniz çarter reyslərinin vaxtını (adətən axşam saat 6-nı) ən çox ona görə bəyənirəm ki, uçuşa qədər beyinin normal istirahət etmək imkanı olur.
Qurban Qurbanova söyləyirəm bunu. Məmnunluqla razılaşır. Bir az əvvəl gəldiyimi görüb ənənəvi mehribanlıqla görüşərək çaya dəvət etmişdi. Baxmayaraq ki, cəmi yarım saat sonra komandası “Gloria Sport”un (“Qarabağ”ın qaldığı idman bazası) stadionunda yoxlama oyununa çıxacaqdı.
“Qarabağ” ilk dəfədi ki, Antalyadakı bu kompleksdə qalır. Qurban müəllim burdakı əla şəraitdən razılıq edir:
- “Beşiktaş” da burda idi. Bir-iki gün əvvəl getdilər.
“Gloria Sport” Türkiyə idmançıları üçün olimpiya bazası rolunu da oynayır. Kompleks o qədər genişdir ki, Q.Qurbanovun dediyinə görə, hələ burda olduqları 10 gündə ora ilə tam tanış olmayıb. “Gloria Sport”a futbolçunun yaxşı hazırlığı üçün ideal məkan da deyə bilərik. Amma əlbəttə, bir turist və jurnalstin orda qalması tam ağılsızlıq olar. Əyləncə və rəngarənglik yoxdur. Elə şeylər bizim qaldığımız bu oteldədi – fərqli ölkələrdən aralarında qonşu ölkədən sarışınların da olduğu turistlər, canlı musiqi, disko...

“Gloria Sport” isə adından da göründüyü kimi, sırf idmançı üçün nəzərdə tutulub. Və burda gördüyün ancaq idmançı və idman qurğularıdır. Hər halda “Qarabağ”ın əvvəlki təcrübədən – oteldə qalmaqdan imtina edib sırf idman kompleksini seçməsi, bir növ futbolçularını turistlərdən təcrid etməsi Q.Qurbanovun bu mövsümə daha ciddi yanaşdığını göstərir. Və həm də dəhşətli dərəcədə növbəti yaxşı uğur qazanmaq istəyini. 
"Gloria Sport"
Amma “Qarabağ”ı, yəqin elə hazırlıq üçün Antalyanın fərqli bölgələrinə səpələnən digər klublarımızı narahat edən bir məqam var. İndiki qışın bura üçün sərt keçməsi. Güclü yağış səbəbindən Qurban Qurbanov yanvarın 12-də bir yoxlama matçını ləğv etmək məcburiyyətində qalıb, gərək ki, digər 3 komandamızın oyunları isə təxirə salınıb. Bu gedişlə, növbəti illərdə komandalar Antalya toplanışlarını ləğv edərək qışda havanın isti keçdiyi başqa ölkələrə (məsələn, Birləşmiş Ərəb Əmirliyinə) hazırlığa üz tuta bilərlər. Deyilənə görə, son 4-5 ilin qışı Antalyanın təbiətinə xas deyil. Vaxt olub ki, başqa ölkələrdə yanvar indiki kimi sərt olanda burda 24-26 dərəcə isti olub, rus və alman turistlər dənizə girərək üzüb də. Şəxsən şahid olmuşam. İndi isə...
“Qarabağ” güclü küləkli havada Macarıstanın “Uypeşt” komandası ilə yoxlama oyununa çıxır. Tanış rəqibdi. “Neftçi”ni ötən yay Avroliqadan kənarlaşdırmışdı. Bu dəfə “Qarabağ”ı məğlub edirlər (1:0). Oyunu yenidən Ağdam klubuna qayıdan Reynaldo bizimlə birgə skyboxda izləyir. Zədəlidi. Üzündə məyus ifadə var. Sonra müsahibə verir bizə. Bu mövsüm yaxşı oynaması üçün əlindən gələni edəcəyini deyir. Amma hamı yaxşı bilir ki, hətta Reynaldo ideal formaya düşsə də, “Qarabağ”a bu gün üçün əlavə futbolçular, ən çox da babat bir hücumçu lazımdı. Bunun üzərində də bildiyimə görə, iş gedir ki, növbəti yazılarımızda bu mövzuya mütləq toxunacağıq. Və tək buna da deyil. Başqa çox məsələyə.
Aydın BAĞIROV, Antalya
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi