AFFA-nın özünün rəsmi təsdiq etdiyi məlumata əsasən, millimizin üzvlərinə Litva ilə yoxlama oyunundakı heç-heçəyə görə pul mükafatı ayrılıb. Mükafatın məbləği, futbolçulara bildirildiyinə görə, əsas heyətin hər bir oyunçusu üçün 5 min manat təşkil edir.
Deməli, məşqçi heyəti və bütün komanda üzvlərini də nəzərə alsaq, ümumi məbləğ 100 min manatı keçir. 100 min manatla Azərbaycanın bölgələrində batmaqda olan uşaq futbolunu dirçəltmək üçün nələr etmək olardı, yaxud bir mənasız yoxlama oyununa görə bu qədər pul ayırmaq AFFA-dakı hansı düşüncəsiz fikir istehsalçısının məhsuludu, bu ayrı söhbətin mövzudu. Yenə də o 5000 min manata qayıdaraq qeyd edək ki, əslində həmin mükafat bir deyil, iki matç üçün nəzərdə tutulub: 2 min manat Xorvatiyaya uduzduğumuz “Avro-2020”nin rəsmi, 3 min manatsa Litva ilə yoxlama oyununa görə. Amma biz yenə də rəsmi qaynağa istinad edərək yalnız Litva ilə matçın üzərində dayanacağıq.
Bilməyənlər üçün sadə dildə izah edək ki, Litva futbolda bizdən də pis vəziyyətdədi. Hətta o qədər pis vəziyyətdə ki, FİFA-nın reytinqində Azərbaycandan düz 30 pillə geridə, 138-ci yerdədi. Amma dərd orasıdı ki, onları da uda bilmirik. Udmadığımız bu oyuna görə isə futbolçuları mükafatlandırırıq. Yəni əsl məsxərə, hoqqabazlıq.
Əslində millimizdə uğursuz nəticələrə görə mükafat verilməsi ənənəsi yeni deyil. AFFA-nın hazırkı rəhbərliyinin əsasını qoyduğu bu idiotizm hələ Coko Haciyevskinin (Finlandiya ilə səfərdə, 1:2) dövründən başlayaraq Berti Foqtsun (Uels və Rusiya ilə səfərdə, 0:1) zamanında da davam edib. Hazırkı çalışdırıcı Nikola Yurçeviçi gətirəndən sonra isə bərpa ediblər. Gördüyünüz kimi, siyahıda Robert Prosineçki ilə Qurban Qurbanovun adı yoxdu. Sonuncunun dövründə hətta Millətlər Liqasındakı rəsmi oyunlarda qazanılan 2 qələbəyə görə vəd olunan mükafatlar belə futbolçulara ödənilməyib. Bu da ona gətirib çıxarıb ki, deyilənə görə, Dmitri Nazarovun səbr kasası daşıb, Kosovo ilə son matç öncəsi AFFA rəhbərliyindən, “Bəxtiyar” filmindəki kontrabasçısayağı tələb edib ki, pulumu verin.
Yeri gəlmişkən, həmin oyundan öncə və ümumiyyətlə, Millətlər Liqasının bütün gedişatı zamanı Elxan Məmmədov istisna olmaqla, AFFA rəhbərliyindən heç kim – nə prezident Rövnəq Abdullayev, nə də vitse-prezidentlər Elşad Nəsirovla Rauf Əliyev bir dəfə də olsun milli komandanın üzvləri ilə görüşürək onların yanında olublar.
Amma doğrudur, Millətlər Liqasının final mərhələsinə düşməməyimizin əsas məsuliyyəti birinci növbədə Qurban Qurbanovun üzərindədi. Sonra futbolçuların. Ən çox da o vaxt “Qarabağ”ın həmin matçda iştirak edən bütün oyunçularının – Maksim Medvedyevin, Bədavi Hüseynovun, Qara Qarayevin, Mahir Mədətovun, Araz Abdullayevin... Heç biri hələ ölkə bir yana, ən azı onlara illərdi mənəvi və maddi dəstəyi ilə böyüklük edən Q.Qurbanovun yolunda sonadək can qoymadılar, qoya bilmədilər, xarakter, iradə göstərmədilər.
Amma AFFA rəhbərliyi də mələk deyil. Uğursuzluğa görə hamısı bir-birinə zəncirvari bağlıdı – məşqçilər, futbolçular, rəhbərlik. Hərçənd, necə deyərlər, daha qatar gedib. Qurban Qurbanov da. Gələcəyə az-çox bəslənən ümidlər də...
İndi yeni mərhələ, yaxud tamaşa, tragikomediya başlayıb. Yayxanın və baxın. İstəsəz, gülün, istəsəz ağlayın...
Aydın BAĞIROV
[email protected]
"Sabah"ın pley-offdakı rəqibi məlum oldu
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
ÇL-də pley-offçular müəyyənləşir
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda
"Bavariya"dan Keyn qərarı
Vlahoviç "Beşiktaş"a keçməyə yaxındır
Minlərlə azarkeş Ronaldonun toyunu gözlədi, amma...
"Tottenhem"dən "Vest Hem"ə keçdi - Rəsmi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Leandro Andradedən məhsuldar ötürmə
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
I Liqa klubundan “Kəpəz”ə keçdi
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı