“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia dünən “Səbail”ə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
QOL.az müsahibəni təqdim edir.
- Misli Premyer Liqasının 30-cu turunda “Səbail”i məğlub etdiniz (4:1). Qələbəni necə şərh edərdiniz?
- Gözəl oyun sərgilədiyimizi düşünürəm. Matça yaxşı başladıq, ardıcıl qollar vurduq. Bundan sonra da dayanmadıq. İkinci hissədə də fərqlənməyə nail olduq. Qalib gəldiyimiz üçün çox şadıq. Artıq qarşıdakı matçları düşünməliyik.
- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Uğurlu çıxışı həmin matçda da davam etdirmək mümkün olacaq?
- 1 həftə vaxtımız var. Dincəlib, həmin görüşə hazırlaşacağıq. “Neftçi” ilə oyun derbidir. Təbii ki, matçın çox çətin keçəcəyi məlumdur. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, qalib gələk və azarkeşlərimizi sevindirək.
- Sabah “Zirə” “Neftçi”yə uduzsa, “Qarabağ” artıq növbəti turda çempionluğunu rəsmiləşdirə bilər...
- Bəli, bu haqda məlumatım var. Lakin indidən çempionluq barədə düşünmürük. Düzdür, hazırda ikinci pillə ilə aramızda kifayət qədər xal fərqi var. Bununla belə, sona qədər konsentrasiyamızı qorumalıyıq. Biz hər matçda qalib gəlməyə fokuslanmışıq.
- “Neftçi” ilə matçdan sonra isə kubokun cavab oyunu gəlir. Final şansını necə dəyərləndirirsiniz?
- Hələlik kubok matçı barədə düşünmürük. Necə deyərlər, oyundan oyuna köklənirik. Yalnız “Neftçi” ilə görüşdən sonra “Araz-Naxçıvan” barədə fikirləşəcəyik. Şanslara gəldikdə isə ilk görüşdə uduzsaq da, hələ heç nə bitməyib. Vəziyyəti dəyişmək üçün sona kimi mübarizə aparacağıq.
- Bu mövsümün sonu “Qarabağ”la müqaviləniz başa çatır. Sizi gələn mövsüm də klubda görə biləcəyik?
- Bəli, müqaviləm mövsümün sonunda başa çatır. Artıq danışıqlara başlamışıq, lakin indidən dəqiq bir söz deyə bilmərəm.
- Yəni komandadan ayrılmağınız da mümkündür...
Yenə deyirəm, indi dəqiq fikir səsləndirə bilmərəm, hazırda danışıqlar gedir. Təbii ki, “Qarabağ”da olmaqdan məmnunam. Baş məşqçi, klub, bir sözlə, hər şey ürəyimcədir. Lakin danışıqların necə yekunlaşacağını zaman göstərəcək.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi