AFFA-nın bu gün keçirilən Hesabat Konfransında qurumun prezidenti Rövşən Nəcəf jurnalistlərin suallarını cavablandırıb.
QOL.az federasiya prezidentinin fikirlərini təqdim edir.
- Bir ildə gördüyünüz işlərdən razısınız?
- Əldə olunan nəticələr böyükdür. Amma daha çoxunu istəyərdik.
- Kadr islahatları istəyirsiniz. Bu, idarəetmə ilə bağlıdır?
- Futbolu inkişaf etdirmək istəyiriksə, böyük işlər görməliyik. Kadr islahalatları kiminsə vəzifəyə gəlməsi, getməsi deyil. Peşəkar kadrların inkişaf etdirilməsinin üzərində işləməliyik. Təlimçi, psixoloq, həkim, hamısı. İstənilən hədəflərə çatmaqda lazım olan əməkdaşlara qapımız açıqdır. AFFA-da da təbii prosesdir. Kimsə gəlir, kimsə gedir. Kütləvi ixtisarlar planı yoxdur. Yolumuzda irəliləyərkən lazım olan əməkdaşları cəlb edəcəyik.
- Uşaq futbolu ən böyük problemlərimizdəndir. Süni örtükdə zədələr çoxdur. Qlobal problemi həll etmək üçün böyük vəsait lazımdır. Bu yöndə hansısa işlərə başlanılıb?
- Bəli, uşaq futbolu, regionlarda futbolun inkişafı, süni meydançların təbii örtüklərlə əvəzlənməsi lazımdır. Bunun üçün külli miqdarda vəsait tələb olunur. Yalnız AFFA-nın vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmur. Özəl sponsorların futbola cəlb edilməsi istiqamətində işlər aparılır. Yalnız AFFA-nın hesabına istədiyimiz işləri həyata keçirmək çətin olacaq.
- "Karvan" və "İmişli" Premyer Liqaya yüksəldikdən sonra Bakıya sığınsalar, vəziyyət necə olacaq?
- Bir il möhlət verilməsi qərara alınıb. Yarış başa çatmayıb. Klubların adını çəkmək istəməzdim. Premyer Liqadakı klublarla da danışırıq ki, infrastruktur standartlara cavab versin. Regionlarla bağlı çox istəyərdik və məqsədimiz odur ki, region klubları öz bölgələrində oynasınlar. Bu, həm uşaq futboluna dəstək olacaq, həm də azarkeşlər üçün maraqlıdır. "Turan Tovuz"da görülən işləri nümunə göstərmək olar. Öz vəsaiti ilə gələn özəl investerlor var. Vəzifəmiz onlara müvafiq şəraiti yaratmaqdır. Futbolumuza töhvə vermək istəyənlərə zəruri şəraiti yaratmaq əsas işimizdir.
- Legioner limiti ləğv olunduqdan sonra millinin nəticələrinin daha pis olacağına dair narahatlıqlar var. Siz necə düşünürsünüz?
- Bu, yerli oyunçuların keyfiyyətinin yüksəlməsinə kömək olacaq. Əgər yerlilər legionerlərə rəqabətdə uduzacaqsa, 4-cü komandalarda əsas heyətə düşə bilməyən yerlilərlə millidə hansı uğura imza ata bilərik? Bu qərarın bizi yuxarılara aparacağına inanırıq. Uğuru necə təsvir etməyimizdən çox çey asılıdır. Avropa çempionatının seçmə mərhələsində 3-5-ci yerlər uğurdur? Biz bunu istəmirik. İstəyirik ki, millimiz mötbətər turnirlərin final mərhələsində oynasın. Əvvəlki dövrlərdə də düşünmürəm ki, uğur adlandıracağımız nəticələr var idi.
- Uğursuzluqlar davam edərsə, Fernandu Santuşun müqaviləsi ilə bağlı qərar veriləcək?
- Haiti ilə matçda bizdə cəmi 4, Belarusla oyunda 2 milliləşdirilmiş oyunçu var idi. Əvvəllər bu say 7 idi. Rəqabətli cavan komanda qurmaq çətin prosesdir. Amma edilməlidir. Santuşla müzakirəmiz oldu. Qısa müddətdə daha ürəkaçan nəticələrin olması haqda müzakirələr apardıq. İyunda yoldaşlıq oyunlarımız var. Biz yalnız nəticələrə yox, onun yeniliklərə yanaşmasına diqqət verməliyik. Təklif edirəm ki, iyunda yoldaşlıq oyunlarından əvvəl medianın səhərdən axşama qədər baş məşqçinin komandanı necə hazırladığını görmək üçün iştirakı olsun. Məşqçini yalnız oyunun nətiəsinə görə qiymətləndiririk. Amma onun oyuna, məşqə yanaşmasını görsünlər. Mediadan dəstək istəyirik, təkliflərlə çıxış etsinlər. Santuş ilk dəfə millinin heyətini canlı olaraq elan etməyə başladı.
- Klublar hakimlikdən narazıdır. Hakimlər Komitəsinin sədri Frank De Belekerin fəaliyyətindən razısınız?
- Ekosistemin inkişafına ehtiyac var. Narazılıqlar mövcuddur. Bu sahədə daha çox işlər görməliyik. De Belekerin fəaliyyətinə gəldikdə, ən aparıcı sistemə uyğun olaraq bütün sistemi qururlar, hakimlərlə görüşürlər, təhlillər aparırlar, ən yaxşı eksperltəri cəlb edirlər. Amma yenə də səhvlər olur. İki FIFA referimiz var, 4-ə yüksəltmək isyəyirik. İşlər aparırılır. Hakimliyə həvəs, maraq göstərənlər azdır. İstəyərdik ki, hakimlər bütün matçlarda xətasız olsun. Təəssüf ki, mümkün deyil. Nail ola biləcəyimiz nəticə belə xətaların minimuma endirilməsi və qərəzin olmamasıdır. Qərəz yoxdursa, səhvlərin təkrarlanmaması üçün işlər aparılmalıdır.
- İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın heç bir rəsmisi açıqlama vermir. AFFA mətbuatdan niyə kənar qaçır?
- Razı deyiləm. Sərxan müəllim və Cahangir müəllim media önünə çıxır. Belə təəssürat yaranırsa, demək ki, nəyisə kifayət qədər etmirik. Media ilə görüşləri plana salarıq. Baş məşqçi də media ilə əlaqədə olur. İşləyərik bu istiqamətdə də.
- Futbolçuların hərbi xidmət məsələsi necə həll oluna bilər? "Dinamo" bununla bağlı AFFA-ya müracitə edib, amma AFFA susur... Onlara maddi-texniki dəstəyin verilməsi nəzərdə tutulub?
- Azərbaycan Respublikasında səfərbərliklə bağlı qanunlar var. Biz aidiyyatı qurumlarla müzakirələr aparırıq. Ümid edirik ki, burada da müsbət nəticə əldə edərik. Bu, AFFA-nın səlahiyyəti çərçivəsində deyil. Klublar bizə müraciət edir, biz də aidiyyatı qurumlarla əlaqəyə keçirirk.
- "Barselona" Bakıda akademiya açmaq istəyir. AFFA-nın burada rolu var?
- Layihəyə başlamamışdan əvvəl "Barseloa"nın prezidenti Bakıya iki dəfə səfər edib. Hər iki tərəfin burada nə etmək lazım olduğunu müzakirə etdik. Hazırda layihənin icrasına başlamaq üçün son detallar klub tərəfindən dəqiqləşdirilir. Əsas hədəf bu klubun akademiyasının təcrübəsini burada reallaşdırmaqdır. Özəl partnoyrların Azərbaycan futboluna töhvə verməsi üçün zəruri şəraitin yaradılmasına hazırıq. Nə qədər yaxşı təkliflər olarsa, qapımız hamısına açıqdır.
- Azərbaycan futbolunda problemlər çoxdur. Bunların fonunda sizcə, millinin baş məşqçisinin əcnəbi olmasına ehtiyac var?
- Məşqçi seçimində milliyyətdən daha çox, töhvə verə biləcək təcrübə, bilik nəzərə alınır. U-21 millisinin baş məşqçisi Ayxan ABbasovla müqavilə imzalananda onunla danışdıq və öyrəndik ki, klubdakı və millidəki fəaliyyətini ayırıb, tənzimləyə biləcək. Məhdudiyyət yoxdur ki, məşqçi yerli, ya xarici olmalıdır. Çox istəyərdik ki, azərbaycanlı mütəxəssislər, hakimlər, məşqçilər, idman tibb sahəsindəki peşəkarlarımızı daha çox cəlb edək, onları yetişdirək, futbolumuzun inkişafına töhvə verəcək insanlara şərait yaradaq.
- UEFA ilə münasibətləriniz necədir? Orada nümayəndəmiz yoxdur.. "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov müharibə dövründə yazdığı statusa görə ömürlük cəza aldı. Nurlanın məsələsini bir daha gündəmə gərirmək, UEFA ilə bir daha danışmaq mümkündür?
- Həm UEFA, həm FIFA ilə sıx əməkdaşlıq edirik. Çox gözəl münasibətlər var. Bütün beynəxlalq təşkilatlarda azərbaycanlıların olmasını istərdik. Amma müəyyən prosedurlar var. FIFA-da Elxan Məmmədov çox məsul vəzifədə çalışır. Yerlilərimizin mötəbər təşkilatlarda çalışmasına sevinirik, dəstəkləyirik. Daha çox peşəkar yetişdirməliyik ki, sonra beynəlxalq qurumlarda vəzifələrə keçsinlər. Nurlan İbrahimovla bağlı UEFA-nın standartlarına, qaydalarına uyğun qərar qəbul edilib. "Qarabağ"dakı həmkarlarımızla da danışmışıq. Yenə də qərar sahibi UEFA-dır. Hər bir qurumun öz qaydaları, prinsipləri var. Həmin nizamnamədə tədbirlər nəzərə tutulubsa, bir şəxsə görə dəyişəcəklərini düşünmürəm. Amma yenə də baxarıq.
- Növbəti mövsümdə klublara edilən maliyyə yardımı artırılacaq?
- Vəsait yalnız federasiyadan gəlməməldiir. Çalışmalıyıq ki, futbola daha çox sponsorlar cəlb edək. Futbolun dayanıqlılığı maliyəyyədən asılıdır. Yalnız bir sponsor hesabına futbolu inkişaf etdirmək mümkün deyil. Bununla bağlı İcraiyyə Komitəsinin iclası olacaq. Ümumi məbləğin artırılması düşünülmür. Klub sayı artırsa, vəsait azalır. Klublar vəsaiti özləri cəlb etməyi öyrənməlidir.
- Qurban Qurbanov AFFA-nın iclaslarında iştirak etmir. Arada soyuqluq var? Qurban müəllim İcraiyyə Komitəsi ilə bağlı sualları cavablandırmır.
- Hansısa problem yoxdur. O, İK-nin iclaslarına qatılır. Münasibətimiz yaxşıdır. Hansısa soyuqluqdan söhbət gedə bilməz. Özündən də soruşa bilərsiniz. Hamının öz planı var. Üzrlü səbəblərlə bağlı məlumat verilir. İclasda iştirak etməyəndə də məlumat verilir. (sportal.az)
Mesajlar yaxşıdır! Amma…
Mövsümdə ilk
"Qarabağ"ın 1600-cü qolu
"Qəbələ"nin 4 qollu qələbəsindən - Video
"Cavidin əvəzinə danışa bilmərəm" - Elvin Məmmədov
"Narahat olmayın, heç kimdən küsməmişəm" - Qurban Qurbanov
Bayılda vurulan 5 qol - Video
"Qarabağ" böyük hesabla "Səbail"ə qalib gəldi
Güləşçimiz ermənistanlı rəqibini məğlub edərək finala çıxdı
"Qəbələ"dən darmadağın, Yevlaxda heç-heçə
AFFA-nın Hesabat Konfransı keçirilib - Yenilənib
Flik "Barselona" ilə yeni müqaviləsi haqda danışdı
“Səbail” - “Qarabağ” oyununun heyətləri
AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi
Akif Quluzadənin növbəti döyüşü
ÇL-də həftənin ən yaxşı oyunçusu seçildi
Baş məşqçi vəzifəsinə əsas namizəd Fabreqasdır
FİFA Türkiyə klublarına transfer qadağası qoydu
AFFA-dan 2-ci liqa klublarına cəza və cərimələr
Salah: "İnanmasaydım, müqavilə imzalamazdım"
“Nə Əliyar Ağayevi görmüşəm, nə də başqalarını…”