"Futbolçularımı təbrik edirəm. Hesabda öndə olsaq da, sona qədər oyununu tempini, dinamikasını qoruyub-saxladılar. Qapımızda qol gördük. Bu da rəqibin futbolçusunun ustalığı idi. Azarkeşlərə təşəkkür edirəm, daim komandanı oyuna səslədilər. Elvin Məmmədova da uğurlar arzulayıram".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 30-cu turunda "Səbail"ə 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, daha sonra oyun təqvimindən danışıb: "Yanvar ayından bu günə kimi özüm biraz hazırlıq proqramımızdan şikayətçi idim. Çünki normal məşq etmək üçün günlərimiz də olmurdu ki, çatışmayan şeylər üzərində işləyək. Dörd gündən bir, beş gündən bir oyun olurdu. Ümumi olaraq futbolçuları istədiyimiz kimi hazırlaya bilmirdik. Növbəti səkkiz gün, məncə, bizim üçün çox faydalı olacaq, inşallah. Həm oyunçular üçün istirahət vaxtı olacaq, həm də bəzi çatışmazlıqları yaxşılaşdırmaq istəyirik. Çəkinmədən oyunçulara yükləmələri verə biləcəyik. Bu günə qədər məşq ritmini tuta bilmirdik, disbalans var idi".
Mütəxəssis qarşıda "Neftçi" ilə matçda rotasiyaların olub-olmayacağı ilə bağlı belə deyib: "Biz sıx qrafik olanda rotasiyalar edirik. Amma nə qədər imkanımız var, çalışırık ki, maksimum əsas, bir-birilərini yaxşı tanıyan heyətlə oyuna çıxaq. Əvvəlki matçlarda 5-6 dəyişiklik görürdüksə, qarşıdakı oyunlarda ola bilər ki, 1-2 olsun. Bu gün bəzi oyunçuları daha tez meydana buraxıb və dəyişiklik edə bilirdik. Hər iki turnirə çox ciddi hazırlaşırıq. Çünki bizi qarşıda avrokubok oyunları gözləyir. Biz o matçlara qədər futbolçuların idman formasının aşağı düşməsinə imkan verməməliyik. Ona görə məşqlərdə və oyunlarda səviyyəni maksimum qaldırmağa çalışırıq".
Q.Qurbanov futbolçusu Kevin Medinanın oynamamasından da söz açıb: "Sadəcə Mateus Silvanı oynatdım. Həm limiti nəzərə almaq lazımdır. Həm də o mövqedə Mateus da özünü yaxşı tərəfdən göstərir. Ona görə bu oyunlarda Silvaya maksimum şans verirəm. Görək mənim istədiklərimi, düşündüklərimi tam həyata keçirə biləcəkmi".
O, "Artıq 4-cü dəfədir ki, İcraiyyə Komitəsinin iclasında iştirak etmirsiniz. AFFA-nın nizamnaməsinə görə İK üzvü il ərzində 4 dəfə iclasda üzrsüz səbəbdən iştirak etmədikdə oradan kənarlaşdıra bilərlər. Sizcə, sizi üzrlü hesab edirlər? Növbəti iclasda sürpriz edib sizi İK-dən kənarlaşdırmazlar?" sualına belə cavab verib: "Düzü, sayını bilmirdim. Heç bir yığıncağa icazəsiz getmədiyim vaxt olmayıb. Həmişə əvvəlcədən bildirmişəm. İndi yadımdan çıxa bilər, amma hər birinə baxsaq, iclaslar oyun günümüzə düşüb. Bu gün komandanın məşqi də oldu. Dünən bildirdim ki, icazənizlə iştirak etməyim. Baxmayaraq ki, çempionatda durumumuz yaxşıdır, işimizi daim ciddiyə alırıq. Ona görə komandanın yanından oyun günü ayrılmaq istəmirəm. Bu, çox nadir hallarda olub. Bir-birimizz anlayaraq iclasda iştirak etməmişəm. Həm o addımı atmaram ki, üzrsüz səbəbdən getməyim ora. Həm də İcraiyyə Komitəsinə seçiləndə Rövşən Nəcəf və digər həmkarlarımla söhbətimiz olmuşdu ki, işim asan deyil və vaxtım o qədər olmur ki, daim iştirak edim. Amma çox istəyərdim ki, hər iclasda iştirak edim. Amma bəzi üzrlü səbəblərə görə orada olmamışam. Qarşılıqlı da bir-birimizi anlayırıq".
Mütəxəssis oyuna sonradan daxil olan futbolçularından da danışıb: "Deyərdim ki, onlar meydana daxil olduqlarından sonra qol epizodlarını heç də az girmədik. İstər-istəməz sonradan oyuna qoşulmaq asan deyil. Hətta bəzən soyuq havada futbolçu üçün bir az da ağır olur. Ola bilər, böyük hesab da var idi və istər-istəməz rahat idilər. Amma ümumi olaraq oyuna girən futbolçular çox istəkli idilər, dinamikanı daha da artırdılar. Ümumən razıyam".
Q.Qurbanov oyunçusu Emmanuel Addaidən hal-hazırda razı olmadığını da bildirib.
O, daha sonra süni ot örtüyündən söz açıb: "Süni meydançaya öyrəşməmişik və belə meydançada oynamaq istəmirik. Rəqibə də baxsaq, bəlkə də ən çox zədəlilər "Səbail"də olur. Süni örtükdə oynayan digər komandalarda da həmçinin. Biz ildə bu cür meydançada 4 oyun oynayırıq. Amma onlar həm məşqlər edir, həm daha çox oyunlara çıxır. Çox istəyərdim ki, onlarda təbii ot örtüyündə məşq edib, oynasınlar".
Mütəxəssis oyunboyu sakit olması barədə deyib: "Öz yerimdə idim. Elə oyunlar olur ki, bəzən çox müdaxilə etmək lazımdır, digər oyunlarda isə sakit olmaq məsləhətlidir. Bəlkə, oyunun gedişatına görə idi. Heç narahat olmayın, heç kimdən küsməmişəm. Nə özümdən küsmüşəm, nə də futboldan. Sadəcə işimiz oyunun gedişatına görə özümüzü idarə etməkdir".
Q.Qurbanov növbəti mövsümdın Premyer Liqa klublarına 3 milyon yox, 2.5 milyon manat verilməsi qərarını da şərh edib: "Bəzi 500 minə də ehtiyacı olan klublara təsir edəcək. Bu məbləğ bəzi klublar üçün bir neçə oyunçu və ya ilboyu hansısa məsələlərin ödənilməsi deməkdir. Təsir edəcək. Gərək əlavə sponsorlar tapsınlar. Tapmasalar, yəqin ki, hansısa problemlər olacaq. İstəyərdik ki, daha artıq məbləğ olsun".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı