Dünənki “Qarabağ” – “Neftçi”, bir həftə əvvəl isə “Neftçi” – “Qəbələ” oyunlarında əsl futbol adına nəsə görmək mümkün olsa da, çempionatımızda məyusluq doğuran hallar durmadan davam etməkdədir. Bu mövsümün ilk üç turunda keçirilən 11 oyunu stadionda izləyən toplam azarkeş sayına fikir verin: cəmi 8700.
Bu, bir neçə il əvvəl Lənkərandakı mühüm oyunların təkcə birində tribunaları dolduran fanatların yarısı qədərdi. Ya da gərək ki, ötən il Gəncədə “Kəpəz”lə “Qarabağ” arasında keçirilən oyuna gələn azarkeş sayından xeyli azdı.
Bundan sonra həmin “Kəpəz” AFFA və PFL-dən başqa kimsəyə lazım olmayan birinci divizion adlı yarışda əvəzedici heyətlərlə qarşılaşmalı olacaq. Normalda bu turniri birinci divizion adlandırmağın özündə belə məntiq yoxdu. Çünki 14 komandadan düz 7-si yüksək liqadakı klubların əvəzedici heyətləridi. Əslində yarışın səviyyəsinə ən yaxşı qiyməti zamanında mənası olmayan bu perspektivsiz turnirdən imtina etməklə “Qəbələ” verdi. Sən stadion və baza qur, lazımsız oyunlara görə yüzminlərlə pul xərclə, axırda da AFFA öyünsün ki, “birinci divizionda futbolu inkişaf etdirirəm”.
Normal futbol ökələrində birinci divizion vacib yarış sayılır, futbolun populyarlığına, inkişafına xidmət edir, intiriqa olur, qalib yüksək liqaya yüksəlir. Bizim futbolda isə o qədər anormal durumdur ki, artıq son neçə ildə divizionun çempionu Premyer Liqaya buraxılmır. AFFA həmin çempion klubların pullarının olmadığını iddia və bəhanə edir, amma şəxsi münasibətlər, dost-tanışlıq önə çıxanda birinci divizionda 5, ya 6-cı yeri tutan Bakı qeydiyyatında olan bir ilin komandası “Sabah”, ondan əvvəlki ilsə “Səbail”ə pul ayırır və Premyer Liqaya buraxır. O komandaların da ev oyunlarına maraq o qədər az olur ki, stadiona 300-400 adam gələ, ya gəlməyə. “Səbail”in Bakıda məskunlaşmaqla nə qədər uğursuz layihə olduğunu ötən il gördük. “Sabah”ın da həmin aqibətlə üzləşmək ehtimalı xeyli yüksəkdi.
AFFA bu komandalara istədiyi pulu buraxa bilər, amma onlar Bakıda oynamalı deyil, bölgələrdən birini təmsil etməlidi. Ya da hazırda bölgələri təmsil edən köklü klublar niyə neçə illərdi birinci divizionda oynamalı, gözdən uzaq qalmalıdı? Axı, təsdiq olunub ki, azarkeşlərin, futbol adamlarının ürək yanğısıyla “Bakı çempionatı” adlandırdıqları 8 komandalı bu Azərbaycan çempionatı bizim futbola zərərdən başqa heç nə vermir.
AFFA-nın özünə yaxın komandaları paytaxt təmsilçisi kimi yüksək liqaya buraxması, bölgələrin isə aşağı liqalarda gün keçirməsi bizim futbola hansı zərbəni vurur? Bu sualın cavabı milli komandamızın sabiq üzvü Nadir Nəbiyevin bu ilin aprelində Qol.az-a verdiyi müsahibədə də gizlənir. Hazırda doğma Tovuzu “Turan”da icraçı direktor işləyən Nəbiyev gələcəkdə bizi gözləyən problemə toxunmuşdu: “Ötən il "Turan" birinci divizionda çempion olanda yerli uşaqlarda futbola maraq o qədər artmışdı ki, valideynlər özləri övladlarını gətirirdilər. Amma komandanın yüksək liqaya buraxılmayacağı dəqiqləşəndən sonra Tovuzda aşağı yaş qruplarında oynatmağa uşaq tapmırıq. Seçim etmək üçün məktəblərə gedirik, valideynlər uşaqlarını futbola buraxmır. Deyirlər ki, futbolda pul yoxdur”.
Görünən acı həqiqət budu ki, bölgələrdə futbolun tamamilə məhv olmağa doğru getməsi təkcə yüksək liqada tribunaların boş qalmasına gətirib çıxarmır, həm də yaxın gələcəkdə ölkədə ciddi futbolçu qıtlığının yaranmasına möhkəm təkan verir. Şübhə yoxdu ki, təkcə Tovuzda deyil, Azərbaycanın digər şəhər və rayonlarında da valideynlərin və uşaqların futbola marağının kəskin azalması prosesi başlayıb. Və bunun başlıca səbəbi Premyer Liqada 8 komandalı limitin tətbiqi, bölgə klubları qarşısında çox vaxt süni problemlərin yaradılmasıdı. Bu problem davam etdikcə isə stadionlarımıza gələn azarkeşlərin sayı günbəgün azalmağa doğru gedəcək, bizim klublar da, milli də beynəlxalq yarışlarda uğursuz çıxışı davam etdirəcək, bu gün üzdə olan 3-4 normal oyunçumuzu sabah əvəz edəcək futbolçu tapılmayacaq.
Bu problemin həllinin açarı isə yerli çempionatda ildə yalnız 1-2 dəfə rast gəldiyimiz səviyyəli oyunlarda deyil.
Aydın BAĞIROV
[email protected]
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı