Ötən həftə Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsində keçirdiyi üç oyunun hamısında məğlub olması uşaq futbolunda uzun illərdi kök salmış problemləri növbəti dəfə gündəmə gətirdi. Mövzuyla bağlı ağsaqqal məşqçimiz Ağasəlim Mircavadov belə bir fikir səsləndirdi ki, "Qəbələ"ni çıxmaq şərtilə heç bir klubumuzda gənc futbolçuların yetişməsi üçün normal şərait yoxdur. Başda “Qarabağ” olmaqla bəzi klublarımızda uşaq futbolu ilə bağlı işlərin nöqsanlı şəkildə qurulduğuna yazıda toxunacağıq.
Hələliksə ondan başlayaq ki, problem tək klublarla bağlı deyil. Çünki bölgələrin futbolsuz qalması həm də uşaq futbol məktəblərinin fəaliyyətini dayandırmasına gətirib çıxarıb. O səviyyədə ki, U-15-dən başlayaraq aşağı liqaların hər birində cəmi 3-4 bölgə komandası qalıb. Daha da pisi şəhər və rayonlarda futbola maraq günbəgün azalır, valideynlərin çoxu bir perspektiv görmədiyini əsas gətirərək uşaqlarını futbola yazdırmırlar.
Əlbəttə, ölkə futbolunun gələcəyinə indidən ciddi zərbə vuran bu problem AFFA-ya da, qurumun uşaq futboluna birbaşa cavadeh olan Bernhard Lippertə qətiyyən maraqlı deyil. AFFA üçün qiymətli əhəmiyyət daşıyan bu alman eksponat 10 ilə yaxındı hər ay federasiyadan 15-20 min maaş alsa da, onun bir nəfər istedadlı uşaq tapıb üzə çıxardığını eşidən və görən olmayıb. Halbuki təkcə Lippertə ayrılan aylıq pulla bölgələrdə 3-4 uşaq komandası saxlamaq olardı.
Yox, əgər bölgə onlara yaddısa, o zaman paytaxtdakı “Bakı” Futbol Akademiyasının dağılmasına imkan verməmək olardı. Özü də aylıq 5-10 min manatla. Fəaliyyət göstərdiyi zaman “Bakı” klubunun bəzi rəhbər şəxslərinin adı hər nə qədər maliyyə yeyintilərində, səriştəsizlikdə hallansa da, heç olmasa onların idarə etdiyi həmin akademiyadan bu gün A millimizə də çağırılan 3-5 normal futbolçu çıxıb. Bəs, AFFA kimi bəxş edib bizim futbola? Kimsə yadınıza düşürmü?
Amma problemin yeganə ünvanı AFFA da deyil. Azərbaycanın son 5-6 ilin lider klubu “Qarabağ” sayılır. Klubun A komandasının ötən ilə qədər Avropada Çempionlar Liqası kimi yarışa düşməsi kimi uğurlu dönəmi olub. Amma görünür, həm klub rəhbərliyi, həm də məşqçi heyəti səviyyəsində əsas komandaya baş necə qarışıbsa, elə həmin A komandanın sabahı olacaq aşağı yaş qrupları ya tamamilə yaddan çıxıb, ya da ora diqqət bir xeyli dərəcədə azalıb. Halbuki “Qarabağ”ın əsas rəqibləri olan “Neftçi”, xüsusən də “Qəbələ” uşaq akademiyasındakı yaxşı işlərə görə Ağdam klubundan xeyli irəlidədirlər.
“Qarabağ”da isə uşaq futbolu ilə bağlı problem görünür, daha ciddidi. Bunu təsdiqləyən faktlardan biri odur ki, son illər aşağı yaş qrupundan əsas komandaya bir oyunçu belə düşməyib, əgər düşübsə belə, orada möhkənlənməyib. Akademiyadan əsas komandaya kimi yüksəlməyi bacaran, orada möhkəmlənən və indi də sabit oyunu ilə seçilən hələlik son futbolçu Qara Qarayev olub. Qurban Qurbanov Qaranı əsas heyətdə oynatmağa başlayanda gərək ki, 2011-ci il idi. Qara Qarayevdən sonra bu proses sanki birdəfəlik dayanıb. Aradan isə 7 il keçib. Və bu 7 ildə aşağı yaş qrupları əsas komandaya futbolçu verə bilməyibsə, dəməli, problemin 2 səbəbi var: ya ümumiyyətlə, orada keyfiyyətli futbolçu yetişmir, ya da yetişən oyunçu “Qarabağ”ın A komandasında rəqabətə tab gətirmir. İstənilən halda, problem gedib çıxır yenə aşağıya – yeniyetmə və uşaq futboluna. Halbuki sırf müstəqil klub olan “Qarabağ”da uşaq futbolu bu vəziyyətdə olmalı deyildi və olmamalıdır da. Və 5 il dalbadal avrokubokların qruplarında oynamaq uşaq futboluna istəməyərəkdən olsa belə, soyuq münasibət yaratmamalıdır.
Aydın BAĞIROV
[email protected]
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu