"Barselona"nın baş məşqçisi Hans-Diter Flik klubla müqaviləsini uzadıb-uzatmayacağı ilə bağlı açıqlama verib.
QOL.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, o deyib:
"Cavabım bir qədər uzun olacaq. Burada sahib olduqlarıma həqiqətən yüksək qiymət verirəm və onlardan zövq alıram. Mükəmməl bir heyətim və çox peşəkar futbolçulardan ibarət inanılmaz komandam var. Paltardəyişmə otağında möhtəşəm atmosfer görürəm. Dəfələrlə demişəm ki, bu, bir ailə kimidir. Bütün işçilər möhtəşəmdir və lazım olan işi yüksək səviyyədə yerinə yetirirlər. Üstəlik, yaxşı vaxt keçirirəm və Barselonadan həzz alıram. Həyat yoldaşımla burada yaşamaqdan çox xoşbəxtəm. Bu, mənim üçün yeni bir təcrübədir.
Çox enerjiliyəm və düşünürəm ki, hələ də çox şeyi inkişaf etdirə bilərik. Mən elə məşqçilərdən deyiləm ki, üç il müddətinə yeni müqavilə imzalayıb rahatca deyim: "Hələ vaxtım var". Mən gündəlik işləməyi daha çox sevirəm.
Klubdakı vəziyyətin necə olduğunu bilirəm. Asan deyil, amma hamı razıdır. Bir il keçəndə baxarıq, nə olacaq. Əgər hamı razı qalarsa, görərik necə davam edəcək. Gələcəkdə nə baş verəcəyini bilmək mümkün deyil. Burada görülən işi pozitiv notla başa vurmaq istərdim".
Qeyd edək ki, Almaniyalı mütəxəssisin hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Daha öncə mətbuatda onun Kataloniya klubu ilə yeni müqavilə imzalayacağı ilə bağlı xəbərlər yayılmışdı.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video