"Sabah" Futbol Klubunun prezidenti Maqsud Adıgözəlov son bir neçə gündə hakimlərlə qalmaqalda adlarının hallanmasına münasibət bildirib.
QOL.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin üzvü bu barədə qurumun bugünkü Hesabat Konfransından sonra jurnalistlərə açıqlamasında danışıb. O, Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Neftçi" ilə görüşün baş hakimi Əliyar Ağayevlə arasında heç bir problemin olmadığını deyib:

“Mənim Əliyar Ağayevə böyük hörmətim var. 7 ildir ki, futbol sahəsindəyəm. Bir dəfə belə Əliyar Ağayevlə dialoqum olmayıb. “Neftçi” ilə oyundan sonra da heç aşağı düşməmişəm. Nə Əliyar Ağayevi görmüşəm, nə də başqalarını. Onun iki turdur təyinat almamasını da mətbuatdan oxumuşam".
M.Adıgözəlov "Neftçi" ilə matçdakı penalti epizoduna görə oyunun VAR hakimi Rauf Allahverdiyevdən narazı qaldığını və məsələ ilə əlaqədar AFFA-ya müraciət etdiklərini vurğulayıb:
"Sadəcə “Neftçi” ilə matçda verilməyən penaltimizlə bağlı AFFA-ya bildirmişik. Amma Əliyar Ağayevdən şikayət etməmişik. Mənim narazılığım daha çox VAR hakimi ilə bağlıdır. Çünki Əliyar Ağayev meydandadır, görməyə bilər. Amma mən başa düşmürəm ki, niyə adi insan televizordan bu epizodu görə bilir, amma VAR hakimi görmür? Onların baxmaq üçün vaxtı, avadanlıqları var. Biz AFFA-ya müraiət ünvanlamışıq".
Qeyd edək ki, sözügedən qarşılaşmanın 90+1-ci dəqiqəsində “Sabah”ın futbolçusu Coy Lens Mikels cərimə meydançası daxilində qapı xəttinə doğru hərəkət edib və topa zərbə vurub. Bu vaxt “Neftçi”nin oyunçusu Yuri Matias onun ayağına təmas edib. Matçın hakimləri davam qərarı veriblər və “Sabah”ın xeyrinə künc zərbəsi təyin ediblər. "Sabah" isə həmin epizodda "Neftçi"nin qapısına penalti təyin edilməməyinə görə narazı qalıb.
Bu görüşdə "Sabah" 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu aprelin 23-də keçiriləcək.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video