Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov Avro-2026-nın əsas mərhələsinin 5-ci turunda İsveçə məğlubiyyətdən (3:4) danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında komandasının fiziki baxımdan gücünün çatışmadığını deyib:
“Oyuna yaxşı başladıq və ardıcıl 2 top vurduq. Fasiləyə qədər azı 2-3 epizodda da fərqlənə bilərdik. Birinci hissədəki çıxışdan razı qaldım. Düzdür, onlar da iki qol vurdular. Topu itirdik və əks-hücumda yaxalandıq. İkinci hissədə isə “5-in 4-də” olan zaman müdafiə oluna bilmədik.
Eyni səhvləri təkrarladıq. Bakıdakı oyunda onlar necə qol vurmuşdularsa, burada da onu təkrar etdilər. Halbuki videobaxış zamanı göstərdik, necə oynamalı olduqlarını başa saldıq, məşq prosesində də üzərində işləyirdik. Söz tapmıram deməyə... Belə deyim, əlimizdə olan bütün futzalçıları həmin mövqelərdə yoxlamışıq və nəticə ala bilmirik. Bir az da fiziki gücümüz çatmadı. Son 10 dəqiqədə demək olar, fiziki baxımdan çatdırmadıq”.
Qeyd edək ki, 5-ci qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla 2-ci, İsveç 4 xalla 3-cü, Azərbaycan 2 xalla 4-cüdür. Qrupdan çıxmaq şansı olmayan Azərbaycan millisi son oyununu aprelin 15-də Bakıda Xorvatiya yığmasına qarşı keçirəcək..
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?