"Siz bilirsiniz ki, Azərbaycanda 2-3 futbol akademiyası var. "Sabah"ın Azərbaycan səviyyəsində normal akademiyası mövcuddur. U-19 komandamızın ötənilki və builki nəticələrinə, əvəzedicilərimizin çıxışlarına, U-17-nin nəticələrinə baxa bilərsiniz. Bu o deməkdir ki, 7 il əvvəl başladığımız bu işlərin indi bəhrəsini görürük".
QOL.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü, "Sabah" Futbol Klubunun prezidenti Maqsud Adıgözəlov AFFA-nın bugünkü Hesabat Konfransından sonra jurnalistlərə açıqlamasında deyib.
O, Misli Premyer Liqasında növbəti mövsümdən legioner limitinin ləğv olunması barədə qərara münasibət bildirib: "2-3 ildən sonra artıq aşağı komandalardakı futbolçular əsas komandaya yüksələcəklər. Bu baxımdan yanaşsaq, legioner limitinin ləğv olunması klub olaraq bizə zərərdir. Bu, mənim şəxsi fikrimdir. Mən "Sabah"ın prezidentiyəm, amma AFFA-nın İcraiyyə Komitəsində də əyləşmişəm. Əgər biz ümumən futbolumuzun inkişafından danışırıqsa isə o zaman limitin ləğv olunması daha yaxşıdır. Klub prezidenti kimi isə mənim üçün yaxşı olardı ki, limit qalsın. Hazırda bizim yerli futbolçularla bağlı heç bir problemimiz yoxdur. Hətta "Sabah"ın futbolçuları başqa klublarda icarədədirlər. Ona görə də heç kim deyə bilməz ki, mənim fikirlərim ancaq "Sabah" üçündür. Yəni, demək istəyirəm ki, qərarlar təkcə mənim fikirlərimlə verilmir. Burada mütəxəssislər, İcraiyyə Komitəsi var”.
M.Adıgözəlov "İcraiyyə Komitəsində sanki "Sabah"ın üstünlüyü var. "Sabah"a yaxınlığı ilə tanınan Balakişi Qasımovun, sizin İcraiyyə Komitəsində olmağınız, baş katibin "Sabah"a sponsorluq edən "Azərlotereya"nın satış şöbəsindən gəlməyi cəmiyyətdə birmənalı qarşılanmır” fikrinə belə cavab verib:
“Bu, sizin fikirlərinizdir. Mən cəmiyyətin fikirlərini eşitmirəm. Siz bunu mənə deyirsiniz. Mən isə sizinlə razı deyiləm".
O, AFFA-nın yeni rəhbərliyinin 1 il ərzindəki fəaliyyətini də dəyərləndirib: "Biz indi nədən danışırıq? Məncə futbolun inkişafı üçün bəzi düzgün qərarlar verilib. Əgər indi əsas millinin nəticələrindən danışırıqsa, sevinə bilmərik. Əlbəttə ki, bu istiqamətdə nəsə etmək lazımdır".
M.Adıgözəlov sonda "Sabah"ın sabiq kapitanı Elvin Camalovla bağlı qalmaqaldan da danışıb: "Elvin Camalov 4 il "Sabah"ın kapitanı olub. Həmin müddət ərzində "Sabah"a görə belə addım atmayıb və edə də bilməzdi. Ona görə ki, biz heç vaxt buna dəstək verməyəcəkdik. Klubların arasında etika normaları var. Biz bütün klublarla elə münasibət qurmağa çalışırıq ki... Əgər hansısa bir klubun futbolçusundan söhbət gedirsə, mən o klubla danışıram və onlardan soruşuram. Heç kim deyə bilməz ki, "Sabah" UEFA-nın, AFFA-nın reqlamentini pozub, bir futbolçuya kənardan nəsə təklif edib. Biz ya menecerlər vasitəsi ilə, ya da klubla əlaqə saxlayırıq".
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video