Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur – peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri tamaşaçıları özünə ən çox cəlb edən yarışlardandır. Və əlbəttə, bu idman növünün adı gələndə hamının gözünün qabağında birmənalı olaraq ilk əvvəl o canlanır – Məhəmməd Əli.
Məhəmməd Əli mənim ən çox rəğbət bəslədiyim, hətta ideallaşdırdığım yeganə idmançıdır. O dərəcədə ki, ara-sıra Feysbukda örtükə, “Whats app”ımda isə profilimə belə onun şəklini qoyuram və yaxın dostlara ordan zəng edəndə zarafatla deyirlər ki, Məhəmməd Əli zəng vurur :))
Onun barəsində daha çox ölümündən sonra (3 iyun, 2016) oxumağa başladım və bir çox halda heyrətimə səbəb olan məqamlara rast gəldim. Ən çox ona görə ki, 20 illik boksçu karyerasında başından yüzlərlə zərbə alan Əlinin beyini saat dəqiqliyi ilə işləyirdi. Bu, yəqin ki, hər adama, hər idmançıya nəsib olmayan Allah vergisi, lütfi idi. Məhəmməd Əli tək idmançı deyildi, həm də hazırcavablığı ilə xüsusən Amerika mediasını heyran edən usta bir natiq idi. 2001-ci ildə, Nyu-Yorkdakı qoşa binalara təyyarənin girməsi ilə bağlı bir yerli jurnalist onu təxribata çəkməyə cəhd etmiş və İslam dinini aşağılayan bu sualı vermişdi:
- 11 sentyabr terrorunu törədənlərlə eyni dini paylaşmaq necə bir hissdir?
Əlinin cavabı dahiyanə idi!
- Mənim nə hisslər keçirdiyimi bilmək istəyirsiniz? Siz Hitlerlə eyni dinə mənsub olmağınızla hansı hissi keçirirsinizsə, mən də onu keçirirəm!
Ümumiyyətlə, Əlinin İslama, Allaha sevgisi ilə bağlı yanaşması diqqət çəkir, bununla bağlı fikrini obrazlı və sərrast ifadə etməsi yaxşı mənada təəccüb doğururdu. “Allah məni bu xəstəliyə (parkinson – A.B.) ona görə düçar etdi ki, göstərsin: birinci sən deyilsən, mənəm!” – bunu da nə zamansa Əli demişdi.
Onu bütün başqa idmançılardan fərqləndirən bir xüsusiyyəti də vardı. Özü peşəkar boksun əfsanəsi olsa da, hər zaman idmanda zorakılıqlara (gözünüzün önünə qaydasız döyüş gəlsin) qarşı idi və bununla bağlı həmişə fikirlərini bildirərdi. Aşağıda təqdim etdiyim də elə həmin fikirlərdən biridi. Bu günlə yüzdəyüz səsləşir. İdman adıyla insan qanından milyonlar qazananlara aiddir:
“Ceyms Ellis mənimlə döyüşdən sonra kritik vəziyyətdəydi. Mənə görə, əgər boksçu döyüşü davam etdirə bilməyib uduzursa və kanata yıxılırsa, daha onu var qüvvə ilə vurmaq lazım deyil. Ellis mənim dostum idi. Onun ailəsi var və o da yaşamaq istəyir. Yalnız dava barədə düşünmək axmaqlıq olardı. Bəzən özüm də başqalarının döyüşünə baxıram və onda bir anlıq düşünürəm ki, yəqin mən də axmağam. Bütün bunlar xoruz döyüşünə bənzəyir. Döyüşçülər bir-birini tanımır və bir-birini öldürməyə hazırdılar. Onlar qan axıdırlar, bir-birilərinə elə zərbələr endirirlər ki... Bu qəzəb hardandı? Kimə və niyə bu qədər əsəbiləşməlisən? Amma ətrafda insanlar var axı. Bir qismi qışqırır: “O güclüdür!” Digərləri isə deyir, “yox, o birisi güclüdür”. Və sonra hamısı bir ağızdan deyir: “Hə, məhv elə onu!” Onlar döyüşməyə başlayırlar. İnsanlar isə bu zaman isti yerlərində yayxanıb pivə içə-içə “ha-ha-ha” edib şaqqanaq çəkirlər. Biz isə döyüşürük. Artıq burundan qan açılıb, göz partlayıb, dişlər qırılıb, beyin silkələnməsi var. Bunlar nəyə görə edilir? Yalnız insan adlandırılanların həzz alması üçün! Bu, vəhşilikdir! Belə şeyləri görəndə özümə söz verdim ki, heç vaxt bu cür döyüşmərəm. Mən rinqdə yaxşı olacağam, rəqs edəcəyəm, qələbəni zorakılıqla deyil, xalla qazanacağam. Floyd Patterson, Çorc Çuvalo, Karl Mildenberqer və Henri Kuperlə görüşdə belə olmuşdu. Görəndə ki, onun qaşından qan fontan kimi açılıb, özüm bilərəkdən onu uzaqlaşdırdım. Axı, onun ailəsi, uşağı var. Kanatdan ümidsizcəsinə sallanan insanın döyülməsini başa düşə bilmirəm. Köməksiz halda olan birinə zərbə vura bilmərəm. Mən belə etmirəm!”
Və heç vaxt etmədi də.
Çünki o, təkcə bir boksçu, döyüşçü deyildi, insanlığı, ədaləti bilən bir böyük şəxsiyyət idi.
Aydın BAĞIROV
[email protected]
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı