AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında Azərbaycan futbolunun hazırkı durumundan danışıb.
QOL.az xəbər verir ki, o, hazırda futbolumuzda vəziyyətin ürəkaçan olmadığını deyib:
“Azərbaycan futbolunun indiki durumu ürəkaçan deyil. İnkişaf üçün yeni struktur yaradılması vacibdir. Təəssüf ki, sıfırdan başlamalıyıq. Hamı uşaq futbolunun pis olmasından danışır. Bu, bizim yaralı yerimizdir. Amma uşaq futbolunun inkişafı üçün infrastruktur lazımdır. Biz işə kosmetik təmirlə başlaya bilmərik. Bu işlərə bünövrə qurmaqla start verməliyik".
O bildirib ki, vəzifəsinin məsuliyyətini dərk edir: "Futbolumuzun inkişafı üçün əlimdən gələni edəcəm. Millimizin nəticələri hamımızı üzür. Bu durumdan düzgün nəticə çıxarıb, uğursuzluqdan çıxmaq yolunu tapmalıyıq. Layiq olduğumuz yerlərə çıxaracağıq. İnkişaf strategiyasında yazılan bəzi maddələr bəzi tənqidçilər tərəfindən real görünməsə də, onları reallaşdıraraq həyata keçirəcəyimizə inanırıq. Düzgün plan işin yarısıdır".
O bildirib ki, İnkişaf Strategiyanın həyata keçirilməsi gündəlik rutin işlərinə çevrilib: "Ciddi dəyişikliklər gözlənilir. AFFA strukturunda yeni qrup fəaliyyət göstərəcək. Onlar strategiyamın reallaşması yolunda işləyəcək. Layihə qrupu birbaşa baş katibə tabe olacaq".
O, futbolumuzda olan əsas problemlərdən də danışıb: "Hazırda əsas problem futbolçu yetişdirmək üçün məşqçi və təlimçilərin olmamasıdır. 10 milyonluq Azərbaycanda 7 təlimçi struktur var. Avropada isə bu, dəfələrlə çoxdur.
11 milyonuq Belçikada 147 təlimçi var. Gənc istedadların futboldan uzaqlaşmaları ən böyük problemlərdəndir. Bununla bağlı tədbirlər görüləcək. Məqsədimiz gənc futbolçuları peşəkar səviyyəyə çatdırmağa kömək etməkdir”.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video