Aprelin 11-də AFFA Hesabat Konfransı keçirdi. Konfransın adından da göründüyü kimi, tədbir bir növ formal xarakter daşıyırdı. Yəni ötən il görülən işlərin yekununa dair daha çox maliyyə hesabat vermək. Federasiya nə qədər pul xərcləyib, nə qədər gəlir götürüb, klublara nə qədər pul ayrılıb və sair və ilaxır.
Hər il olduğu kimi, ötən ildə də ümumən bütün futbolumuza on milyonlarla manat pul xərclənib. Nəticə isə olub heç nə, sıfır. Yəni Millətlər Liqasında qazandığımız 1 xal (əgər buna qazanc demək olarsa) və Avropada ən zəif 6 komandanın yarışacağı D liqasına düşmək. Və nəticənin belə acınacaqlı olması heç də təkcə AFFA-nın köhnə rəhbərliyinin bizə tragik mirası deyil. Millinin sırf son bir ilinə görə indiki rəhbərlik də yaxasını kənara çəkə bilməz.
Fernandu Santuşu ki, bura Rövnəq Abdullayev gətirməyib.
Nə isə biz konfransa qayıdaq.
Əlbəttə, belə rəsmi, protokol tədbirlər adətən sıxıcı və yorucu olur. Lakin bu quru auranı, rəsmi ab-havanı pozan məqamlar da az olmadı ki, biz bunu həm AFFA-nın prezidenti Rövşən Nəcəfin, həm də yeni baş katib Cahangir Fərəcullayevin çıxışlarında görə bildik.
Rövşən Nəcəfi yaxşı tanıyırıq.
40 yaşlı C.Fərəcullayev isə AFFA-da yeni kadrdır. 2 aydan bir neçə gün çox. O, indi faktiki olaraq federasiyada ikinci rəhbər şəxsdir və ilk dəfə futbol publikası önündə çıxış edəcəkdi. Bu, həm onun futbola baxışını, həm də əgər varsa, natiqlik bacarığını göstərəcəkdi. Tribunaya çıxdı, danışdı, problemlərə baxışını sadə, bir az da bədii cümlələr qatmaqla ifadə etdi.
Məsələn, “biz işə kosmetik təmirlə başlaya bilmərik. Bu işlərə yaxşı bünövrə qurmaqla start verməliyik".
Fərəcullayev çıxışa yaxşı hazırlaşmışdı. Əvvəla göstərdi ki, sırf futbolun içindən gəlməsə də, futbola dair yaxşı məlumatlıdır. Oxuyur, izləyir, dinləməyi bacarır, problemlərdən çıxış yolunu axtarır. Əsas odur, robotlaşmış kadrlardan deyil və bu, bir idarəetmə sistemində əhəmiyyətli faktdır.
Məsələn, “köhnələr”dən kimsənin nəyə görəsə 16 ildə ağlına gəlmirdi ki, futbol adamlarımızın futbol təhsilinə fikir versin. Onların sayını Fərəcullayev çıxışında deyir: “10 milyonluq Azərbaycanda 7, 11 milyonluq Belçikada 147 təlimçi var”.
Avropa ilə aramızda uçurumun bu dərinlikdə olması təəccüb doğurmaya bilməz.
Futbolun İnkişaf Strategiyası da yeni baş katib üçün vacib detallardır. O, hələlik ürəyini bu işə qoyan biri kimi görünür. Həvəslidir. Və yaxşı olar ki, bu həvəs heç vaxt ölməsin. Amma bu yerdə bir məqamı qeyd edək ki, sənədin özünün mükəmməl olması hələ işin yalnız başlanğıcıdır. Vacib olan onun necə, hansı səviyyədə və hansı kadrlarla icra edilməsidir. Yoxsa 2005-2015-ci illərdə də Futbolun İnkişafna dair yaxşı bir Dövlət Proqramı qəbul olunmuşdu. Buna baxmayaraq, 10 ildə o proqramın üzünə nə İdman Nazirliyində baxan oldu, nə də AFFA-da…
Kadr demişkən, Cahanhir Fərəcullayev bildirir ki, “AFFA-da kadr çatışmazlığı var”.
Bu, əslində ictimaiyyətdən gizlin deyil. Amma birinci dəfədir ki, AFFA rəhbərliyi səviyyəsində etiraf olunur. Deməli, bu sahədə işlərin görülməsi qaçılmazdır. Futbolun içində yaxşı kadrlarımız çox olmasa da, var.
Ümumiyyətlə, dünənki tədbirdə AFFA rəhbərliyinin - istər Rövşən Nəcəfin millidəki problemləri qabartması, istər Cahanhir Fərəcullayevin ümumi problemlərlə bağlı fikirlərini açıq ifadə etməsi müsbət fakt sayıla bilər. Həm də yenilik. Amma onu da unutmayaq ki, futbolumuzdakı problemləri yaradan bu şəxslər olmayıb. Bir neçə il sonra, artıq onların rəhbərliyi altında da nəticələr düzəlməsə, yenə belə etiraflar olacaqmı?
Təbii ki, bu sualın cavabını biz yalnız illər sonra biləcəyik.
Hələliksə isə verilən mesajlar müsbətdir. Amma gərək söz də elə quru söz olaraq ortalıqda qalmaya.
Necə deyərlər, danışmaq bitdi, artıq hərəkətə keçmək vaxtıdır.
Aydın Bağırov
Dembele 1-ci oldu
Çempionlar Liqasının kəşfi kimdir?
Azərbaycan milisinin baş məşqçisindən çempionluq şərhi
Azərbaycan millisi dünya çempionatının qalibi oldu
"Qarabağ"ın 5 legioneri milliyə çağrıldı
Çempionlar Liqasının rəmzi komandası bəlli oldu
"Real" itki ilə üzləşdi
"Mançester Yunayted" yeni transferini açıqladı
Tovuzda voleybol Festivalı keçirildi
"Fənərbaxça" 16 yaşlı vingerlə razılaşdı
PFL-dən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl - Video
"Mançester Siti" onun üçün 30 milyon avro ödəyir
Ter Ştegen "Barselona"dan gedir, ya qalır? - Özü açıqladı
"Şamaxı"nın legioneri milliyə cağrıldı
"Bayer"dən yeni transfer
UEFA PSJ-ni cəzalandıracaq
"Sabah"ın Avropa Liqasındakı mümkün rəqibləri bilindi
PSJ azarkeşlərindən diqqətçəkən pankart
Messidən dubl və 2 qol ötürməsi - Video
Parisdə 300-ə yaxın azarkeş həbs edildi
ÇL-in bombardirləri məlum oldu
Luis Enrikenin qələbə sözləri
Andrade üçün xüsusi hədiyyə
ÇL finalındakı 5 gözəl qol - Video
PSJ Çempionlar Liqasının qalibi oldu!
"Sabah"a ilk titulunu qazandıran qələbə - Video
"Heç bir sirr yoxdur" - Berezutski
"Təklifimizi etmişik, cavab gözləyirik" - Qurban Qurbanov
“Sabah”dan finalda möhtəşəm qələbə
Antoni "Betis"dən ayrıldığını açıqladı
"Barselona"nın transfer planları bilindi
"Sabah"ın heyətində məcburi dəyişiklik
U-19 millimizin təlim-məşq toplanışı üçün heyəti bilindi
"Barselona" danışıqlarda irəlilədi
Azərbaycan kubokunun finalı üçün - Heyətlər
Ayxan Abbasov U-21-in yekun heyətini açıqladı
"Ayaks"ın yeni baş məşqçisi bəlli oldu
"Şamaxı"da növbəti ayrılıq
Conni Evans karyerasını başa vurdu
"Real" futbolçusu ilə yolları ayırdı
Egemen Korkmaz millinin baş məşqçisi oldu