Qvardiola ABŞ millisində?

Qvardiola ABŞ millisində?
DÜNYA FUTBOLU 12 Noyabr 2026 / 00:20 84
-  A +

“Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiola ABŞ millisini çalışdıra bilər.

QOL.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Bildirilir ki, ABŞ millisinin hazırkı baş məşqçisi Maurisio Poçettino “Mançester Yunayted”ə keçəcəyi təqdirdə, Qvardiolanın onun yerinə təyin olunması gündəmə gələcək.

Qeyd olunur ki, ABŞ Futbol Federasiyasında ispaniyalı mütəxəssisin namizədliyi fəal şəkildə müzakirə edilir. Qvardiola daha əvvəl İtaliya millisini çalışdırmaq təklifini rədd edərək istirahət etmək qərarına gəlib.

Xatırladaq ki, Qvardiola “Mançester Siti” ilə 6 dəfə İngiltərə Premyer Liqasının, 3 dəfə İngiltərə Kubokunun, 5 dəfə Liqa Kubokunun və 3 dəfə Superkubokun qalibi olub. Onun rəhbərliyi altında komanda Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatında da bir dəfə qalib olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner