“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı

“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
XƏBƏR 11 Noyabr 2026 / 12:32 107
-  A +

“Fənərbaxça” klubu məşqçilər korpusunda yer alan Dirk Kuytla yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında bildirilib: “Bu rənglərə verdiyin bütün töhfələrə görə sənə ürəkdən təşəkkür edirik”.

Qeyd edək ki, futbolçu karyerasında da “Fənərbaxça”nın formasını geyinmiş niderlandlı mütəxəssis bu mövsümün əvvəlində İsmayıl Kartalın köməkçisi təyin olunmuşdu.

Kartalın istefasından sonra Kuyt iki oyunda komandaya rəhbərlik edib. Onun rəhbərliyi altında “Fənərbaxça” Türkiyə Superliqasında “Göztəpə”yə uduzub, Çempionlar Liqasında isə “Liverpul”a qalib gəlib.


Qarabağ FK
Son xəbərlər
topaz banner