Runi məşhur realiti-şouya qatılacaq

Runi məşhur realiti-şouya qatılacaq
XƏBƏR 12 Noyabr 2026 / 13:19 85
-  A +

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi məşhur “I'm A Celebrity... Get Me Out Of Here!” realiti-şousunun iştirakçıları sırasında yer alacaq.

QOL.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Britaniyanın məşhur televiziya layihəsində iştirakçılar Avstraliya cəngəlliklərində müxtəlif sınaqlardan keçirlər. Runi şouda qələbə qazanmağı hədəflədiyini bildirib. Onun həyat yoldaşı Kolin 2024-cü ildə eyni layihədə iştirak edərək ikinci yeri tutub.

“Əgər iştirak edirəmsə, qalib gəlmək istəyirəm. Kolin artıq özünü sınayıb və ikinci olub. Mən də Runi ailəsinə bu titulu qaytarmaq üçün buradayam”, - deyə sabiq futbolçu bildirib.

Runi şouda ən çox helikopterdən tullanmaq sınağından qorxduğunu etiraf edib. “Məni üç dəfə təyyarədən paraşütlə tullanmaq üçün qeydiyyata alıblar, amma heç vaxt buna cəsarət etməmişəm. İlanları və suda yaşayan hər şeyi də sevmirəm. Ümumiyyətlə, dənizə girmirəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, layihənin digər iştirakçılarından biri paralimpiyaçı Əyd Adəpitandır. O, şou tarixində əlil arabasından istifadə edən ilk iştirakçı olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner