Azərbaycan yığmalarından uğursuz start - Hər ikisi 7 qolla uduzdu

Azərbaycan yığmalarından uğursuz start - Hər ikisi 7 qolla uduzdu
ÖLKƏ FUTBOLU 11 Noyabr 2026 / 16:10 188
-  A +

Azərbaycanın U-17 və U-19 milli komandaları Avropa çempionatının seçmə mərhələsində ilk oyunlarına çıxıblar.

QOL.az xəbər verir ki, hər iki komanda böyükhesablı məğlubiyyətlə üzləşib.

U-17 seçmə mərhələnin 1-ci raundunda Almaniya yığması ilə qarşılaşıb. Emin Mustafayevin baş məşqçi olduğu komanda səfərdə 0:7 hesabı ilə uduzub.

Elgiz Kərəmlinin çalışdırdığı U-19 millisi isə seçmə mərhələsinin 2-ci raundunun ilk oyununda Monteneqronun qonağı olub. Oyun rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızda qolları Əli Əliyev (31) və Məhəmməd Çodarov (79) vurub.

Qeyd edək ki, U-17 millisi növbəti oyununu noyabrın 14-də Şimali İrlandiyaya qarşı keçirəcək. U-19 yığması isə noyabrın 14-də Serbiya ilə qarşılaşacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner