Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi

Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
DÜNYA FUTBOLU 10 Noyabr 2026 / 22:45 130
-  A +

“Barselona” ilə oyunda iki real qol imkanını boşa verən Xulian Alvares “Atletiko” azarkeşlərinin etirazı ilə üzləşib. Lakin baş məşqçi Dieqo Simeone argentinalı hücumçuya dəstək olaraq onu oyunun sonunadək meydanda saxlayıb.

QOL.az xəbər verir ki, bu barədə “Sport” nəşri məlumat yayıb.

“Barselona”nın 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə Alvaresin fürsətləri dəyərləndirə bilməməsi “Metropolitano” stadionunda azarkeşlərin onu fitə basmasına səbəb olub.

Buna baxmayaraq Simeone futbolçusunu əvəzləməyib və matçdan sonra ona dəstək verib:

“Bizim üçün o, çox önəmlidir və ona ehtiyacımız var. Xulianın ən yaxşı versiyasını görmək istəyirik. Buna nail olmaq üçün onunla işləyəcəyik”.

Qeyd edək ki, “Atletiko” ilk hissədə üstün oyun nümayiş etdirsə də, fasilədən sonra “Barselona”nın baş məşqçisi Hans Diter Flikin taktiki dəyişiklikləri qarşılaşmanın gedişinə təsir edib. Simeonenin Pablo Barrios, Koke, Kanq-in Li və Aleks Baenanı əvəzləməsi isə komandanın orta sahədəki balansını pozub.


Qarabağ FK
Son xəbərlər
topaz banner