Millinin 5 futbolçusu cəzalana bilər

Millinin 5 futbolçusu cəzalana bilər
DÜNYA FUTBOLU 10 Noyabr 2026 / 22:17 129
-  A +

Niderland millisinin beş futbolçusu UEFA Millətlər Liqasında Yunanıstanla qarşıdakı oyunda sarı vərəqə alsalar, Almaniya ilə sonuncu qrup matçını buraxacaqlar.

QOL.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

Yan-Pol van Heke, Kuinten Timber, Yurrien Timber, Noa Lanq və Tixani Reynders cəzalanma təhlükəsi ilə üzləşib. Komandanın kapitanı Vircil van Deyk də bu risk altındadır, lakin zədə səbəbindən Yunanıstanla görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, UEFA qaydalarına əsasən, iki sarı vərəqə bir oyunluq cəza ilə nəticələnir. Vərəqələr yalnız 1/4 final mərhələsindən əvvəl sıfırlanır.

Qeyd edək ki, Niderland millisi 4 oyundan sonra 8 xalla B qrupunda liderdir. Eyni xala malik Yunanıstan ikinci, 5 xalı olan Almaniya isə üçüncü pillədə qərarlaşıb. Serbiya isə hələ xal qazana bilməyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner