“Mançester Yunayted” Kerriki istefaya göndərdi

“Mançester Yunayted” Kerriki istefaya göndərdi
DÜNYA FUTBOLU 12 Noyabr 2026 / 13:55 120
-  A +

“Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Klubun bununla bağlı bu gün açıqlama yayacağı gözlənilir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 turdan sonra 8 xalla 18-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə cəmi 1 qələbə qazanıb.

Daha əvvəl “qırmızı şeytanlar”ın baş məşqçi vəzifəsinə Maurisio Poçettinonu təyin etməyə hazırlaşdığı bildirilirdi. Hazırda argentinalı mütəxəssis ABŞ millisinə rəhbərlik edir. O, daha əvvəl İngiltərədə “Sauthempton”, “Tottenhem” və “Çelsi” klublarında çalışıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner