ABŞ dünya çempionatından imtina etdi

ABŞ dünya çempionatından imtina etdi
DÜNYA FUTBOLU 12 Noyabr 2026 / 09:22 254
-  A +

ABŞ millisi təhlükəsizlik səbəbindən Qətərdə keçiriləcək U-17 komandaları arasında dünya çempionatında iştirak etməyəcək.

QOL.az xəbər verir ki, bu barədə “USA Today” nəşri məlumat yayıb.

Bildirilib ki, qərar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və Qətər yaxınlığındakı sularda gəmilərlə bağlı baş verən insidentlərlə əlaqədardır. ABŞ Dövlət Departamenti hazırda Qətər üçün təhlükəsizlik səviyyəsini 3-cü dərəcəyə qaldırıb. Bu, ölkəyə səfər etmək istəyənlərə silahlı münaqişə riski səbəbindən planlarını yenidən nəzərdən keçirməyi tövsiyə edir.

ABŞ Futbol Federasiyası qərarla bağlı futbolçulara göndərdiyi məktubda iştirakdan imtinanın səbəbini təhlükəsizliklə izah edib.

Qeyd edək ki, U-17 komandaları arasında dünya çempionatı noyabrın 19-dan dekabrın 13-dək Dohada keçiriləcək. Reqlamentə əsasən, FIFA turnirdə iştirakdan imtina edən komandanı başqa yığma ilə əvəzləmək hüququna malikdir. 


Qarabağ FK
Son xəbərlər
topaz banner