Azərbaycan klubundan Pakistan millisinə çağırıldı

Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
XƏBƏR 11 Noyabr 2026 / 13:23 138
-  A +

“Sumqayıt”ın kapitanı İsa Suliman Pakistan millisinə dəvət alıb.

QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi Banqladeşdə keçirilən "SAFF Championship 2026" turnirində mübarizə aparan Pakistan millisinin heyətinə çağırılıb.

Pakistan millisi turnirin B qrupunda Hindistan və Maldiv adaları ilə mübarizə aparır. Komanda qrup mərhələsində noyabrın 5-də Hindistan, noyabrın 8-də isə Maldiv adaları ilə qarşılaşıb.

Qeyd edək ki, turnirdə A qrupunda Banqladeş, Şri-Lanka və Butan yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək. Yarımfinal görüşləri noyabrın 14-də, final isə noyabrın 17-də keçiriləcək. Bu gün – noyabrın 11-də Hindistan Maldiv adaları ilə qarşılaşacaq. Bundan sonra Pakistanın yarımfinaldakı rəqibi müəyyənləşəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner