Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi

Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi
ÖLKƏ FUTBOLU 12 Noyabr 2026 / 12:45 219
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az qrumun saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 10-cu turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. 

“Şəmkir”– “Ağstafa Gəncləri” oyununun 90-cı dəqiqəsində “Şəmkir”in 22 nömrəli futbolçusu Fuad Əhmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılayacaq. “Şəmkir” is 1000 manat cərimə edilib.

Həmin matçda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

“Hypers”– “Kür-Araz” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” 200 manat cərimə edilib.

Bu görüş bitdikdən sonra  meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” 500 manat cərimələnib.

Eyni görüşdə “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.

“Difai”– “Zəngəzur” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

Həmin matçın 84-cü dəqiqəsində  “Difai”nin məşqçisi Əli Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmayacaq. “Difai” isə 1000 manat cərimə edilib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner