“Mourinyo daha təmkinli olub”

“Mourinyo daha təmkinli olub”
DÜNYA FUTBOLU 11 Noyabr 2026 / 19:53 117
-  A +

“Real”ın qapıçısı Tibo Kurtua baş məşqçi Joze Mourinyo ilə yenidən bir komandada olmasından məmnunluğunu ifadə edib.

QOL.az xəbər verir ki, futbolçunun fikirlərini “AS” nəşri yayıb.

2014-2015-ci illərdə Mourinyonun rəhbərliyi altında “Çelsi”də çıxış edən belçikalı qapıçı portuqaliyalı mütəxəssisin qayıdışının ona əlavə motivasiya verdiyini bildirib:

“Onunla yenidən bir araya gəlmək çox xoşdur. Qayıdışına sevindim, bu, mənə əlavə motivasiya verdi. Özü də deyir ki, illər keçdikcə daha da yetkinləşib, qazandığı təcrübə onu daha təmkinli edib. “Çelsi”də olduğu vaxt soyunub-geyinmə otağında daha sərt davranırdı, amma xarakteri dəyişməyib. Mourinyonun olduğu hər yerdə varlığı dərhal hiss olunur. O, soyunub-geyinmə otağına daxil olan kimi hamıya təsir edir. Bizə məhz belə bir enerji lazım idi”.


Qarabağ FK
Son xəbərlər
topaz banner