“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər

“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
DÜNYA FUTBOLU 11 Noyabr 2026 / 20:45 117
-  A +

“Real”ın prezidenti Florentino Peres klubun maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün yenidən strukturlaşdırma planı hazırlayıb.

QOL.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

Plana əsasən, klubun səhmlərinin müəyyən hissəsinin maliyyə investorlarına satılması nəzərdə tutulur. Məlumata görə, mümkün alıcılardan biri fransalı milyarder Bernar Arno ola bilər. Peres isə hələlik bu planı ictimaiyyətə açıqlamayıb.

Qeyd edək ki, “Real” İspaniya çempionatında 12 turdan sonra 2-ci pillədə qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan 3 xal geri qalır.


Qarabağ FK
Son xəbərlər
topaz banner