Zidan “Yuventus”un baş məşqçisi olmaq istəyir

Zidan “Yuventus”un baş məşqçisi olmaq istəyir
XƏBƏR 12 Noyabr 2026 / 10:55 110
-  A +

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan gələcəkdə “Yuventus”u çalışdıra bilər.

QOL.az xəbər verir ki, 54 yaşlı mütəxəssis bu barədə "RMC Sport"a açıqlamasında danışıb.

“Marçello Lippi mənə həmişə irəli getməyi öyrədib. Turinə gələndə yaxşı oynamırdım və mətbuatla azarkeşlər səviyyəmə uyğun olmadığımı düşünürdülər. Lippi mənə onun rəhbərliyi altında çıxış etməli olduğumu dedi və mən də yaxşı təsir bağışladım. Gələcəkdə “Yuventus”un baş məşqçisi olmaq? Niyə də yox”, - deyə Zidan bildirib.

Qeyd edək ki, fransalı sabiq futbolçu 1996-2001-ci illərdə “Yuventus”un formasını geyinib. O, ötən yay Fransa millisinin baş məşqçisi təyin olunub. Mütəxəssisin müqaviləsi 2030-cu ilin yayına qədərdir.


Qarabağ FK
Son xəbərlər
topaz banner