Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk

Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
DÜNYA FUTBOLU 30 Oktyabr 2026 / 16:01 354
-  A +

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra mətbuat nümayəndələrinin suallarını cavablandıracaqlar.

QOL.az "Marca" nəşrinə istinadən xəbər verir ki, bu təcrübə artıq qarşıdakı həftəsonu sınaqdan keçiriləcək. Ən azı iki hakimin oyunlardan sonra açıqlama verəcəyi gözlənilir.

DAZN-ın məlumatına əsasən, açıqlama verəcək hakimlərdən biri bazar günü keçiriləcək "Atletik" – "Real Sosyedad" matçının baş hakimi olacaq.

Qeyd edək ki, bu addım İspaniya futbolunda hakim qərarlarının daha şəffaf olması baxımından yeni təcrübə hesab olunur.


Qarabağ FK
Son xəbərlər
topaz banner