Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular

Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
XƏBƏR 30 Oktyabr 2026 / 18:48 1349
-  A +

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalına bu gün yekun vurulub.

QOL.az xəbər verir ki, A liqasının həlledici final oyununda İspaniya və Çexiya komandaları qarşılaşıb.

Bakı Kristal Zalında keçirilən həlledici oyun İspaniyanın qələbəsi ilə başa çatıb - 3:0.

Beləliklə, ilk dəfə Azərbaycanda keçirilən U-15 dünya çempionatının qalibi adını İspaniya qazanıb.

Qeyd edək ki, 189 ölkənin yarışdığı çempionatda Azərbaycan millisi isə 84-cü yeri tutub.


Qarabağ FK
Son xəbərlər
topaz banner