Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin “Kəpəz” – “Baku Sportinq” qarşılaşmasını (3:1) 5000 tamaşaçı izləyib.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, turnirin indiki formatda keçirildiyi 4 mövsüm üçün təsnifat mərhələlərinin yeni rekordudur.
Bunadək ilk 2 təsnifat mərhələsində ən çox tamaşaçı sayı 1500 olmuşdu. 2023/24 mövsümündə 2-ci təsnifat mərhələsinin “Turan Tovuz” – “Göygöl” (5:1) matçında qeydə alınan, 2024/25 mövsümündə 1-ci təsnifat mərhələsinin “Şəki” – “Şəmkir” (0:1) qarşılaşmalarındakı təkrarlanan rekord Gəncədə 3,33 dəfə yüksək göstərici ilə yenilənib.
Ümumilikdə mərhələnin 12 oyununda 6830 seyrçi olub. Bu, II təsnifat mərhələləri üçün rekorddur. 2023/24 mövsümündə 11 matçda 3955, 2024/25 mövsümündə 11 qarşılaşmada 2780, 2025/26 mövsümündə 12 oyunda 2000 tamaşaçı qeydə alınmışdı.
1-ci təsnifat mərhələsinin 6 oyununda 780 izləyici olduğunu nəzərə alsaq, ilk iki raundu 7610 tamaşaçı seyr edib. Bu da son 4 mövsümdə ən yüksək göstəricidir. 2023/24 mövsümündə 5615, 2024/25 mövsümündə 4560, 2025/26 mövsümündə 2290 tamaşaçı qeydə alınmışdı.
Qeyd edək ki, bu mərhələdə “Şimal” – “Araz-Naxçıvan” (50), “Marafon” – “Zaqatala” (300), “İmişli” – “Qaradağ Lökbatan” (20), “Kür-Araz” – “Sumqayıt” (600), “Qəbələ” – “Mingəçevir” (150), MOİK – “Şahdağ Qusar” (100), “Xankəndi” – “Gəncəbasar” (20), “Hypers” – “Şamaxı” (300), “Şəfa” – “Ağstafa Gəncləri” (50), “Zəngəzur” – “Karvan-Yevlax” (40), “Səbail” – “Zirə” (200), “Kəpəz” – “Baku Sportinq” (5000) matçları baş tutub.
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”
İngiltərə klubu yeni baş məşqçisini rəsmən açıqladı
UEFA-nın FİFA prezidentliyinə namizədi oldu
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
“Bundan da yaxşı ola bilərik” - Ayxan Abbasov
İki boksçumuz Avropa çempionatına qələbə ilə başladı
“Şirvan” 3 xalı 5 qolla qazandı - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər