14 yanvar tarixi çoxlarına bir şey deməyə bilər. Mənim ömrümə isə həmin gün qızıl hərflə yazılıb. 1998-ci il yanvarın 14-də bu günə qədər çalışdığım “525-ci qəzet”də (bütövlükdə mətbuatda) ilk yazım (xəbərim) dərc olundu. Yazının səbəbkarı Azərbaycanın istedadlı jurnalisti, televiziyada yeri görünən, o vaxtlar “525”in idman şöbəsinin müdiri işləyən Altay Əliyev, ilk oxucusu isə Azərbaycan jurnalistikasının əjdahalarından biri - Yusif Rzayev oldu. Yusif müəllimin ikiqat redaktəsindən, daha doğrusu, xəbəri təzədən yazmasından sonra... jurnalistikaya rəsmən qədəm qoydum.
Mətbuatda qalmağımda rolu, çiynimdə haqqı olan bu şəxslərə, eləcə də Rəşad Məcidə (mənə həyatda ən böyük dəstəyi verən insana), Yaşar Əliyevə, Qalib Toğrula, Seyfəddin Hüseynliyə bu gün də təşəkkürümü bildirirəm, dünyasını dəyişmiş müəllimim, Azərbaycan idman jurnalistikasının əfsanəsi Adil Qaçayoğlunun xatirəsini minnətdarlıqla anıram və gəlirəm o günlərə ki, Adil müəllim bir yazımı oxuyub, mənə çox ciddi, həm də haqlı irad tutmuşdu: “məzələnmək” sözü nədir, başlığa çıxarmısan?” Sonra ürəyimi qırmamaq üçün mehribanlıqla, kübarcasına əlavə eləmişdi: “Qəzet, jurnalistika ara sözlərin, küçə sözlərinin yığını deyil, belə sözlərə qəzetdə yer olmamalıdır”.
...Ruhun şad olsun, Adil müəllim, görəsən, Azərbaycan idman jurnalistikasının bugünkü iyrənc, eybəcər durumunu görsəydin, nələr deyərdin?
***
19, ya 20 yaşım vardı, təcrübəsiz idim, qəzetçilik, jurnalistika nə deməkdir, bilmirdim. Tez-tez müzakirə açırdıq, hər söhbətindən xeyli şey götürürdüm. Bir dəfə dedi ki, kimsə kiminsə haqqında “şərəfsiz”, “ləyaqətsiz” kimi sözlər işlətsə belə, sən bunları yazma. Yüngülvarı etiraz edib dedim, axı bu, sensasiya yarada bilər. Cavabı qısa və tutarlı oldu: sensasiya axtaran Maradonadan müsahibə götürər, qeyri-adi nəsə tapar, insanları təhqir eləmək sensasiya deyil, ədəbsizlikdir.
...Çərxi-fələyin üzü döndü, Adil müəllim, sizin kimi böyüklər, ustadlar aramızdan getdikcə idman jurnalistikamızı bit-birə basdı, onların dilində “şərəfsiz” ən şərəfli sözə çevrildi.
***
“Qalatasaray”ın az qala fanatı idi. Gərək ki, hansısa bir türk futbolçusundan söhbət düşmüşdü. Yanıb-yaxıldı ki, bizdə - Azərbaycanda jurnalistlə bu səviyyədə söhbət eləyə biləsi futbolçu yoxdur. Elədir, böyük ustad, yoxdur, heç yaranmır da. Amma axı indiki idman jurnalistikamızda futbolçuyla ədəb-ərkan çərçivəsində, normal söhbət apara bilməyən gənclər də az deyil. Bəs onda niyə, məsələn, o savadsız futbolçumuzla o “ağıllı jurnalist” arasında hətta qəzet səhifəsinə çıxan belə dialoq yaşansın:
- Eşitdiyimə görə, səni “nakazat” ediblər?
- Bu nə sualdır verirsən, sən jurnalistsən, yoxsa “türemşik?”
Dünyadan bixəbər futbolçunun müəllimlik iddiasına düşən “jurnalistə” ağıl verdiyi zamanda yaşayırıq biz.
***
“Kaş babat pulum olaydı. Bir idman qəzeti açardım, yığardım bütün istedadlı gəncləri o qəzetə. Gənclərlə işləmək mənə ləzzət verir”. Tez-tez deyərdi bu sözləri.
- Qəzetin adını nə qoyardınız, Adil müəllim?
- “Qol” yaxşı addır.
Sonra daha bu haqda söhbət eləmədik, eləyə bilmədik. Yatağa düşdü, çarəsiz xəstəlik 2008-ci ilin 4 mayında 53 yaşlı böyük ustadı əlimizdən aldı.
Elə həmin ilin sentyabrında Mirhaciblə yenicə yaratmağa başladığımız saytın planlarını cızırdıq:
- Aydın, hər şey hazırdır, qalıb ad məsələsi. Nə ad qoyaq sayta?
- Qol.az
Adil müəllimin dünyasını dəyişdiyi elə həmin 2008-ci ilin 17 noyabrında Qol.az saytı fəaliyyətə başladı.
Qol.az təkcə Mirhacibin, Aydının yaratdığı bir futbol saytı deyil, həm də böyük ustadın idman jurnalistikamıza yadigarıdır.
Ruhun qarşısında baş əyirəm, Adil müəllim!
Aydın BAĞIROV
E-mail: [email protected]
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi