Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi

Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
ÖLKƏ FUTBOLU 11 Sentyabr 2026 / 22:12 500
-  A +

“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqre ilə 1+2 illik müqavilə imzalanın. 25 yaşlı vinger “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Mamadi Banqre Fransanın “Tuluza” komandasının yetirməsidir. O, karyerası ərzində “Tuluza” ilə yanaşı “Trua”, “Pau”, “Qrenobl” kimi komandaların şərəfini qoruyub.

Banqre həmçinin vətəni olan Burkina-Faso millisində 9 oyun keçirib.


Qarabağ FK
Son xəbərlər
topaz banner