Kamerun Futbol Federasiyasının (FECAFOOT) prezidenti Samuel Eto’O Rusiya və Kamerun milli komandaları arasında keçirilən yoldaşlıq görüşünə görə ödənilən vəsaiti mənimsəməkdə ittiham olunur.
QOL.az “The Times”a istinadən xəbər verir ki, söhbət 2023-cü il oktyabrın 12-də Moskvada keçirilmiş Rusiya – Kamerun matçına görə ödənilən puldan gedir.
Sənədlərə əsasən, Rusiya tərəfi 455 056 və 112 514 avro olmaqla iki ödəniş həyata keçirib. Ümumilikdə 567 570 avro təşkil edən vəsaitin Eto’Onun Dohadakı “Qatar National Bank”da olan şəxsi hesabına köçürüldüyü iddia edilir.
FECAFOOT-un keçmiş rəhbərləri pulun sonradan hara yönəldildiyini bilmədiklərini bildiriblər. Federasiyanın İcraiyyə Komitəsinin sabiq üzvü Qibay Qatamanın sözlərinə görə, vəsaitin FECAFOOT-un rəsmi hesabına köçürüldüyünü və ya qurumun maliyyə hesabatlarında əks olunduğunu təsdiqləyən hər hansı mühasibat və bank sənədi barədə məlumatı yoxdur.
Keçmiş federasiya rəsmiləri bir ildən çox əvvəl FİFA-nın Etika Komitəsinə müraciət etdiklərini, lakin araşdırmanın nəticələri barədə indiyədək məlumat almadıqlarını bildiriblər. Eto’O və FECAFOOT isə “The Times”ın sorğularına cavab verməyib.
Nəşr Eto’Onun son vaxtlar FİFA prezidenti Canni İnfantinonu və “FIFA Forward Enterprise” layihəsini açıq şəkildə dəstəklədiyini də vurğulayıb. FECAFOOT-un keçmiş rəsmiləri Eto’Onun İnfantinoya dəstəyinə görə himayə olunub-olunmadığı ilə bağlı sual qaldırıblar.
Qeyd edək ki, Samuel Eto’O 2021-ci ildən Kamerun Futbol Federasiyasına rəhbərlik edir.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı