Azərbaycan Respublikası Media və Yayım Şurasının layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uzun fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıdan "Şəfa" klubu uşaq futboluna da diqqəti gücləndirib. Hazırda klubun akademiyasında 200-ə yaxın uşaq futbolun sirlərini öyrənir. Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmizdə budəfəki həmsöhbətimiz "Şəfa" klubunun akademiya rəhbəri Nadir Nəbiyev oldu.
- “Şəfa"da uşaq futbolunun durumu necədir? Hazırda bununla bağlı hansı işlər görülür?
- Uşaq futbolu bizim üçün sadəcə bir bölmə deyil, klubun bünövrəsidir. "Şəfa" yenidən fəaliyyətə başlayandan dərhal sonra əsas diqqəti aşağı yaş qruplarına yönəltdik. Hazırda akademiyamızda yeni sistemli iş qurulur. “Şəfa”nın tərkibində buna qədər uşaq futbolu olub, lakin akademiyamız yeni qurulur. Məqsədimiz təkcə uşaqlara futbol oynamağı öyrətmək deyil, həm də onların intizamlı, sağlam və peşəkar idmançı kimi yetişməsinə şərait yaratmaqdır. Bunun üçün təcrübəli məşqçi korpusu cəlb etmişik və məşq prosesini müasir standartlara uyğun qururuq. Rəhbərliyimiz də milli komandalara yeni adlar, Azərbaycan futboluna yeni istedadlar qazandırılması üçün lazım olan hər bir dəstəyi göstərir.

- "Şəfa" yenidən qurulub. Belə klub üçün uşaq futbolunun hansı çətinlikləri var?
- Ən böyük çətinlik infrastrukturu və sistemi sıfırdan qurmaqdır. İllərlə fəaliyyət göstərən akademiyaların hazır bazası və formalaşmış sistemi olur. Biz isə hər şeyi təzədən qururuq. İnfrastruktur məsələləri, uşaqların adaptasiyası, komandaların komplektləşdirilməsi zaman alır. Amma həvəsimiz və aydın planımız var, bu çətinlikləri addım-addım geridə qoyuruq.
- Akademiyaya futbolçu seçimi necə aparılır?
- Seçimləri açıq baxışlar və xüsusi seleksiya vasitəsilə aparırıq. Məşqçilərimiz uşaqların ilk növbədə top texnikasına, meydandakı sürətinə və futbol düşüncəsinə baxırlar. Lakin bu yaşda ən vacib məqam uşağın futbola olan sevgisi və həvəsidir. Fiziki göstəriciləri zamanla inkişaf etdirmək olur, amma daxildə istək olmasa, peşəkar futbolçu yetişdirmək çətindir.
- "Şəfa" adı bir neçə ildir böyük futbolda səslənmir. Bu mənada akademiyanıza maraq hansı səviyyədədir?
- Doğrudur, uzun fasilə olub, amma "Şəfa" Azərbaycan futbolu üçün tarixi addır. Futbol ictimaiyyəti bu adı unutmayıb. Yenidən fəaliyyətə başladığımız ilk gündən maraq gördük.
- Hazırda aşağı yaş qrupları üzrə komandalar harda məşq edir? Şəraitiniz necədir?
- Məşqlərimizi müvəqqəti olaraq icarəyə götürdüyümüz meydançalarda təşkil edirik. Hədəfimiz gələcəkdə tam özümüzə məxsus bazada fəaliyyət göstərməkdir. Hazırda bu istiqamətdə işlər görülür. Zamanla bu barədə ictimaiyyətə məlumat veriləcək.

- Aşağı yaş qruplarında ümumi olaraq nə qədər uşaq var?
- Müxtəlif yaş qrupları üzrə komandalarımızda ümumilikdə təqribən 200 uşaq futbolun sirlərinə yiyələnir.
- Akademiyada gələcəyə ümidverici uşaqlar yetişirmi?
- Bəli, getdikcə gözəl potensialı olan uşaqlar üzə çıxır. Aralarında həqiqətən çox istedadlı, gələcəkdə peşəkar futbolçu ola biləcək uşaqlar var. Amma uşaq futbolunda təkcə istedad bəs eləmir. Əsas məsələ istedadı doğru işləyib düzgün istiqamətə yönəltməkdir. Bizim üçün uşaq futbolunda əsas nəticə deyil, istedadlı futbolçuların yetişməsi və üzə çıxmasıdır. “Şəfa” futbol akademiyasında yetişən futbolçuların yaxın gələcəkdə əsas komandanın üzvü olacağına inanırıq.
- Qarşıda hansı planlarınız var? Digər akademiyalarla əməkdaşlıqlar olacaqmı?
- Planlarımız var. Onları mərhələli şəkildə icra etməyə çalışırıq. Klub rəhbərliyi qadın futbolunu da diqqət yetirir. Yaxın gələcək bu sahənin inkişafı üçün də ciddi addımlar atacağıq. Əməkdaşlıq məsələsinə gəlincə, biz inkişafa açığıq. Bu məsələ bizim üçün vacibdir. Gələcəkdə belə planlarımız var.
Ramiq Ağaməmmədov
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub

“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir