La Liqada ayın futbolçusu kim oldu?

La Liqada ayın futbolçusu kim oldu?
DÜNYA FUTBOLU 11 Sentyabr 2026 / 23:00 229
-  A +

“Barselona”nın hücumçusu Rafinya avqust ayının yekunlarına əsasən La Liqanın ən yaxşı futbolçusu seçilib.

QOL.az xəbər verir ki, bu barədə İspaniya çempionatının mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu ötən ay turnirdə keçirdiyi 3 oyunda 5 qol vurub. Rafinya “Elçe” (5:0) və “Rayo Valyekano” (5:2) ilə matçlarda dubl edib, “Atletik”lə (2:0) görüşdə isə bir dəfə fərqlənib.

Səsvermədə 29 yaşlı futbolçu Cud Bellingem (“Real”), Aleks Baena (“Atletiko”), Pyer-Emerik Obameyanq (“Deportivo”) və Nahuel Tenalyanı (“Alaves”) qabaqlayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner