Hamidu Keyta bu kluba keçdi

Hamidu Keyta bu kluba keçdi
XƏBƏR 11 Sentyabr 2026 / 13:20 709
-  A +

Azərbaycanda "Qarabağ", "Zirə" və "Araz-Naxçıvan"da oynamış Hamidu Keytanın yeni klubu bəlli oliub.

QOL.az xəbər verir ki, 31 yaşlı hücumçu İsraildə oynayacaq.

O, yüksək liqa təmsilçisi Petah Tikva “Hapoel"i ilə anlaşıb. Klubun mətbuat xidməti fransalı futbolçu ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, “Sent-Etyen”, “Botoşani”, “Vitorul”, “Santa Klara”, “Konyaspor” klublarında da çıxış etmiş Keyta son olaraq "Araz-Naxçıvan"da oynayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner