İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi

İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
ÖLKƏ FUTBOLU 11 Sentyabr 2026 / 00:03 653
-  A +

“Fənərbaxça”nın baş məşqçisi İsmayıl Kartal vəzifəsindən istefa verdiyini açıqlayıb.

QOL.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, qərarını UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra açıqlayıb.

“Vəzifəmdən istefa verirəm. Hələ yolun əvvəlindəykən bu qərarı verirəm. Bir daha heç vaxt geri qayıtmamaq şərti ilə istefa verirəm.

3 aydır buradayam. Mövsümün əvvəlindən bu günə qədər futbolçularımla keçirdiyimiz məşqlər, təlim-məşq toplanışları… Prezidentimiz və rəhbərlərimiz hər məsələdə bizə kömək etməyə çalışdılar. Çox gözəl günlər idi. Bu axşam etibarilə vəzifəmdən ayrılıram”.


Qarabağ FK
Son xəbərlər
topaz banner