"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı

"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
ÇEMPİONLAR LİQASI 11 Sentyabr 2026 / 01:20 356
-  A +

Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda keçirilən "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb.

Matçın ən yaxşısı Patrik Dorqu olub. 22 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və 72-ci dəqiqədə Herri Amassla əvəzlənib. Baxımlı oyun nümayiş etdirən danimarkalı futbolçu komandasının ilk qolunun ötürməsini də verib. Belə ki, 27-ci dəqiqədə Dorqunun ötürməsindən sonra Mateus Kunya fərqlənib. 

Qeyd edək ki, sözügedən oyunda "Mançester Yunayted" 4:0 hesabı ilə qalib gəlib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner